Kanadada 18-22 mart tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
Bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bu yarışla yanaşı, Seulda (13-15 mart) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.
Qeyd edək ki, Kanada hökuməti martın 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?