Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı İsrail təmsilçisi Fliker Tal ilə üz-üzə gəlib.
Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov qızıl medal qazanıb.
17:12 Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Serbiya təmsilçisi Straxinya Bunçiçlə üz-üzə gəlib.
Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Cüdoçu finalda İsrail təmsilçisi Fliker Tal ilə qarşılaşacaq.
16:06 Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seydli məğlub edib.
Cüdoçu daha əvvəl Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb.
Bu gün mübarizəyə qoşulan Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) yarışla erkən vidalaşıblar.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.
Sorğu
Yeni dizaynımız necədir?