İsveç millisinin daha bir futbolçusunun koronavirus testi pozitiv çıxıb.
Yığmaya İtaliyanın "Bolonya" klubundan dəvət almış Mattias Svanberqdə də infeksiya aşkarlanıb. O, dərhal komandadan təcrid olunub və otələ yerləşdirilib.
Daha əvvəl İtaliyanın digər təmsilçisi "Yuventus"da oynayan Deyan Kuluşevskinin koronavirus testi müsbət nəticə verib. Hər iki futbolçu Avropa çempionatında yığmanın ən azı bir matçını buraxmalı olacaq.
Qeyd edək ki, İsveç seçməsi İspaniya, Polşa və Slovakiya ilə birlikdə A qrupundadır. İlk turda İsveç İspaniya ilə üz-üzə gələcək. E qrupunun qarşılaşması iyunun 14-də olacaq./report.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?