UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.
Yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabı ilə məğlub edən "Real Madrid" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.
İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar - 4:3.
Qeyd edək ki, "Real Madrid" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?