GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » GÜCÜM TÜKƏNSƏ, CARİ MÖVSÜM KARYERAMDA SONUNCU OLACAQ – MÜSAHİBƏ

GÜCÜM TÜKƏNSƏ, CARİ MÖVSÜM KARYERAMDA SONUNCU OLACAQ – MÜSAHİBƏ

Tarix: 16-05-2022, 10:22 Bölmə :İdman Baxış: 501


Azərbaycanda unudulan bir çox futbolçular olub. Onlardan biri karyerasının böyük hissəsini Latviya klublarında keçirən Vüqar Əsgərovdur. Təcrübəli futbolçu ilə karyerasını bitirməsi, sonra yenidən bərpa etməsi, Azərbaycan millisinin hazırkı vəziyyəti ilə bağlı mövzulardan söhbət etdik.


-Karyeranızı bitirdiz, amma il yarım sonra yenidən bərpa etdiz. Bu necə baş verdi?

-Bəli, il yarım idi peşəkar karyeramı başa vurmuşdum. Amma həvəskar kimi futbol oynamağa davam etdim. Bir müddət aşağı liqa klubu “Salaspisk”in heyətində oynayaraq 15 qolla bombardir oldum. Müəyyən qədər futzalda da özümü sınadım. İş elə gətirdi ki, vaxtilə birlikdə futbol oynadığım dostlarım Latviya virsliqasında çıxış edən “Super Nova” klubunun məşqçilər korpusunda yer aldılar. Məhz onlar məni yenidən karyeramı bərpa edib təcrübəli futbolçu kimi komanlarında görmək istədiklərini israrla bildirdilər. Təklifi müsbət qiymətləndirərək yanvarda bir illik müqavilə bağladım. 


-9 turdan sonra “Super Nova”  üç xalla 10 komanda arasında 9-cu yerdə qərarlaşıb. Autsayder sırasında olmanız nə ilə bağlıdır?


-Komandamız cavanlardan təşkil olunub. Heyətdəkilərin mütləq əksəriyyəti 2001-03-cü il təvəllüdlü gənclərdir. Çoxları peşəkar karyeralarının ilk ilinə yaşayır. İnanıram ki, onlar təcrübə topladıqca komandamız daha da irəliləyəcək. Hələ qarşıda çox oyunlarımız var. Qarşımıza qoyulan əsas məqsəd elitada qalmaqdır.


-Hazırda “Super Nova” komandasının həm ən yaşlı oyuçusu, həm də kapitanısan. 36 yaşında top qovmaq çətinlik yaratmır?


-Əslində mayın 14-də 37 yaşımı qeyd edəcəm. Səmimi deyim, bu yaşda oynayarkən həm tez yorulur, həm də yorğunluğumu tez bərpa edirəm (gülür).


-37 yaşında futbol oynamaq əlavə motivasiya verir?


-Hələki motivasiya görmürəm. Qol imkanlarım olur, amma son nöqtəni qoya bilmirəm. Sonra qaçırdığım fürsətlər barədə düşünür və gülürəm.


-Bəs assistentlik necə?


-Hərdən olur (gülür).


-Latviya Virsliqasının da ən yaşlı futbolçususuz?


-Ən yaşlılar siyahısındayam. Bu baxımdan 39 yaşlı Valeri Afanasyev birinci, mən ikinci,  35 yaşlı Oleq Layzans üçüncüdür.


-Hazırda dünyanın ən qocaman futbolçusu 55 yaşlı yapon Kadzuyoşi Miuradır. Vüqar Əsgərov samuray qədər oynamağı düşünürsüz?


-Belə bir iddiam yoxdur, əks halda yerimdən qalxa bilməyəcəm (gülür).


-Neçə yaşına kimi oynamağı düşünürsüz?


-Dəqiq bilmirəm. Düşünürəm ki, gücüm tükənsə bu mövsüm karyeramda sonuncu olacaq.


-Hazırda Azərbaycan Premyer Liqasında Asif Məmmədov 36 yaşında olmasına rəğmən, yaxşı formadadır, qollar vurur, assistentlik edir, “Qəbələ”nin əsas oyunçularından biridir. Təcrübəli Vüqar Əsgərovu da yenidən ölkə çempionatımızda görə bilərikmi?


-Asif Məmmədovun oyunlarını izləyirəm, həqiqətən yaxşı futbolçudur. Ona uzun ömür, can sağlığı, zədələrdən uzaq olmağı və gücü çatdığı qədər oynamağı arzu edirəm. Bu yaşımda Azərbaycan çempionatında oynamağım real deyil. Heç bu barədə düşünmürəm.


-Deməli Azərbaycan çempionatını izləyirsiz


-Bəli. “Qarabağ” çempion oldu, onları təbrik edirəm. Doğma şəhərim Sumqayıtın eyni adlı komandasının mövcud durumu məni çox üzür. “Sumqayıt” döyüşkənliyi ilə daim orta pillələr uğrunda mübarizə aparıb, ölkə futboluna yetərincə futbolçular qazandırıb. Bu komanda autsayder olmağı haqq etmir.


-Azərbaycanda “Sumqayıt”, “Araz-Naxçıvan”, “Zirə” klublarında çıxış etsəniz də, hər birində uğursuzluğa rast gələrək, sonda karyeranızı birdəfəlik Latviya klubları ilə bağladız. Niyə belə alındı?


-Həmin dövrü yenidən xatırlayıb, danışmaq istəmirəm. Qısaca onu deyim ki, vətənimi sevirəm, azərbaycanlıyam. 


-Hazırda Azərbaycan millisi də yaxşı günlərini yaşamır. Sizcə millimiz nə vaxt tərəqqi edəcək?


-Azərbaycan millisinin vəziyyəti həqiqətən ürəkaçan deyil. Bunun səbəbi nəsil dəyişkənliyi, yoxsa baş məşqçi amiliylə bağlıdır, deyə bilmərəm. Hər halda nikbin olmaq və inanmaq lazımdır ki, zamanla millimiz daha yaxşı nəticələr göstərəcək.


-Yığmaya yerli, yoxsa əcnəbi məşqçi rəhbərlik etməlidir?


-Şəxsən mən hər zaman öz futbolçularımıza və mütəxəssislərimə daha çox şans verilməsini istəyərəm. Yetəri qədər “PRO” kateqoriyalı məşqçilərimiz var, niyə onlara yığmada işləməyə şərait yaradılmır? Ayxan Abbasovu yaxından izləyirdim, həm gənc, həm də iddialı məşqçidir. “Sumqayıt”la da yaxşı uğurları oldu, komandanı ilk dəfə “Konfrans liqa”sına çıxarmaqla tarix yazdı. Ayxan Abbasovun Azərbaycan millisinə rəhbərlik edə bilər deyə düşünürəm. Həmçinin U-21 millimizə də rəhbərlik edə biləcək yetəri qədər gənc məşqçilərimiz var. Sadəcə onlara şans vermək lazımdır. Əcnəbilərə o qədər pullar tökməkdənsə özümüzünkülər işləsin və qazansın. 


-Karyeranızın böyük bir hissəsi Latviya klubları ilə bağlıdır, hətta 2018-ci ildə “Dauqavpils” klubu ilə 1-ci liqada həm çempion, həm də 31 qolla mövsümün bombardiri olmusuz. Karyeranızda xüsusi önəm kəsb edən klub hansıdır?


-Futbolçu kimi karyerama Latviyanın Lipeya şəhərinin “Metallurq” klubunda başlamışam. Bu klubla bağlı yaxşı xatirələrim var. 2014-cü ildə “Metallurq” klubunun fəaliyyətini dayandırması məni çox üzdü. Hər dəfə “Metallurq”dakı günlərimi xatırlayanda çox xoş hislər keçirirəm


-Sabiq komandanız “Dauqavpils”də hazırda iki gənc azərbaycanlı futbolçular – Asim Əlizadə ilə Şakir Seyidov çıxış edir. Onlarla görüşür, təcrübənizi bölüşürsünüzmü?


-Əlbəttə. Seyidov Latviyaya gələndə onu özüm qarşılamışdım. Vaxt aşırı hər iki futbolçu ilə görüşürəm. Mənə görə onlar Latviya çempionatına gələn ən güclü azərbaycanlı futbolçulardır. 


-Necə düşünürsüz gələcəkdə onlar daha güclü Avropa liqalarında çıxış edə bilərmi?


-Əlbəttə çıxış edərlər. Düşünürəm ki, Latviya çempionatı onların gələcəkdə daha güclü ölkələrin liqalarına keçid üçün təməl olacaq. 


-Nə vaxtsa Vüqar Əsgərovu baş məşqçi kimi Azərbaycan çempionatında görə bilərikmi? Elə sizə doğma olan “Sumqayıt”ın sükanı arxasına keçməklə tarix yazmağı düşünürsüzmü?


-Ümumiyyətlə məşqçi karyerası haqqında düşünməmişəm. Amma AFFA-dan ürəyimcə iş təklifi olsa fikirləşərəm (gülür).


-Sonda nə demək istərdiz?


-Vətənimdə məni yada salan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Mən öz xalqımı, vətənimi bütün ruhumla sevirəm. 


Abdulla İsmayıloğlu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İngiltərədən təklif alsam da, Azərbaycana yollandım"

    "İngiltərədən təklif alsam da, Azərbaycana ...

    13-02-2017, 14:07

  • 
  • Totti qərar verdi: "Karyeramı bitirmirəm"

    Totti qərar verdi: "Karyeramı ...

    30-05-2017, 17:00

  • 
  • Almaniya millisinin sabiq üzvü karyerasını başa vuracaq

    Almaniya millisinin sabiq üzvü karyerasını başa ...

    19-06-2017, 13:48

  • 
  • Ronaldinyo Türkiyə Super Liqasında

    Ronaldinyo Türkiyə Super Liqasında ...

    13-05-2016, 10:42

  • 
  • İki futbolçu "Xəzər Lənkəran"dan qovuldu

    İki futbolçu "Xəzər Lənkəran"dan qovuldu ...

    17-01-2016, 15:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu