Gundemxeber.az » İdman » Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaq
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.
Gundemxeber.Az-ın məlumatına görə, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq.
37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.
Gundemxeber.Az
24-05-2021, 12:04
15-03-2021, 20:08
23-11-2020, 12:08
13-10-2015, 18:19
14-06-2021, 21:30
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?