GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Mənsimovla “Hafka”nın "rəqəm-plov"u...

Mənsimovla “Hafka”nın "rəqəm-plov"u...

Tarix: 28-11-2013, 21:21 Bölmə :İdman Baxış: 1 142
Mənsimovla “Hafka”nın "rəqəm-plov"u...
Azərbaycanda futbola ən çox pul yatırımı edən iki iş adamının xarici mətbuata verdikləri açıqlamalar bir neçə gündür ciddi müzakirə olunur.

Bu müzakirələrin yaranmasına səbəb isə futbola külli miqdarda pul ayıran iş adamlarımızın xarici mətbuat qarşısında həddən artıq şişirdilmiş rəqəmlərlə çıxış etməsidir.

Belə ki, Azərbaycanın “Bakı” və Fransanın “Lans” klubunun sahibi, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun Fransa mətbuatında dərc olunan “9 milyonluq Azərbaycan xalqı “Lans” klubunu dəstəkləyir” fikirləri və “Xəzər Lənkəran” klubunun sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun Türkiyə mətbuatına müsahibəsində səsləndirdiyi “Azərbaycan əhalisinin 3 milyonu “Xəzər Lənkəran”ı dəstəkləyir” ifadələri birmənalı qarşılanmadı. Əsasən də yerli idman jurnalistlərimizin əksəriyyəti sözün əsil mənasında bu iki iş adamını “topa” tutdu.



Onlar haqlı olaraq bildirir ki, yerli futbolumuzun beynəlxalq aləmdə bərbad olan imicinə belə şişirdilmiş fikirlərlə daha da ağır zərbə endirilir. Çünki H.Məmmədov və M.Mənsimov xarici mətbuata daha çox iş adamları kimi müsahibə verirlər. Onlar verdikləri açıqlamalarda futbolla bağlı fikirlərini səsləndirərkən daha çox rəhbərlik etdikləri klublarla bağlı tərifə üstünlük verirlər. Onların dedikləri də bu üzdən birtərəfli olur.

Mövzu ilə bağlı idman yazrlarının fikirlərinin öyrəndik. “Komanda” qəzetinin redaktoru, tanınmış köşə yazarı Natiq Muxtarlı virtualaz.org saytına açıqlamasında iş adamlarının bu cür açıqlamalarını sərt tənqid etdi: “Bu ölkədə Azərbaycan xalqının adından artıq çobanlar da danışır. Məsələn, hansısa çoban qoyunlarını tərifləmək istəyəndə “bütün Azərbaycan xalqı bu qoyunların ətinin kababını sevir” deyir. Hafiz Məmmədovun “Bakı”sının oyunlarına 50-60 azarkeş gəlir. Amma Hafiz müəllim fransızları inandırmağa çalışır ki, bütün Azərbaycan xalqı “Lans”a azarkeşlik edir. Adama durub sual verərlər ki, Azərbaycan xalqı “Lans”a axı niyə azarkeşlik etməlidir. Azərbaycan xalqına məxsus sərvəti fransız klubuna xərclədiklərinə görə? Məsələn, mənim üçün maraqlıdır: ayda 100-150 manat məvacib alan Azərbaycan müəllimi, həkimi, jurnalisti “Lans”a niyə azarkeşlik etsin ki?”



Azərbaycanlıların “fransız xalqının kef eləməsinə” həmişə həsəd apardığını deyən jurnalist bildirdi ki, əvvəllər fransız xalqı öz puluna kef edirdisə, indi Hafiz Məmmədovun sayəsində azərbaycanlıların pulu hesabına kef edir. Bu da təzad yaradır.

N.Muxtarlının sözlərinə görə, Hafiz Məmmədova baxanda Mübariz Mənsimov bir az insaflı danışıb: “Bu da var ki, “Xəzər Lənkəran”a 3 milyon adam azarkeşlik edirsə, 6 milyon da Mənsimovun klubunda havaya sovrulan vəsaitə heyfslənir. Fransızlar, ispanlar Hafiz Məmmədovun, Mübariz Mənsimovun “Bakı”ya, “Xəzər Lənkəran”a xərclədiyi vəsaitdən də az vəsaitlə elə komanda qururlar ki, hətta azərbaycanlılar da ispan, fransız klublarına azarkeşlik edirlər. Amma bunların “Bakı”sı, “Xəzər Lənkəran”ı azarkeşlər üçün ancaq dərd yoğurur. Aarada pulu gedən də xalqdır, dərd tapan da xalqdır, boynuna minnət qoyulan da xalqdır. Eşitmişəm ki, Hafiz Məmmədov “Porto”nu da dolandırmaq istəyir. Bundan sonra Azərbaycan xalqı “kimə azarkeşlik edək” məsələsində çaşıb qalacaq. Yaxşı olardı ki, Hafiz müəllim bu məsələni nizamlasın ki, xalq Fransa ilə Portuqliyanın arasnda haça-paça vəziyyətində qalmasın. Hələ ortada İspaniya da var. Hafiz müəllimin reklamı naminə “Atletiko”ya da azarkeşlik etmək lazımdır, ya yox?!”



İdman jurnalisti Elnur Əşrəfoğlu isə virtualaz.org-a açıqlamasında bildirdi ki, bu fikirlər normal qarşılanmalıdır: “Çünki “Xəzər Lənkəran” ölkəmizdə ən çox azarkeş dəstəyi alan komandadır. İstər Lənkəranda, istərsə də Bakıda keçirilən oyunlarda bunun şahidi oluruq. “Neftçi” ilə Bakıda keçirilən oyunda belə lənkəranlı azarkeşlər üstünlük təşkil edir. Amma dəqiq deyə bilmərəm ki, bu rəqəm 3 milyondur, ya yox”.



E.Əşrəfoğlu bununla bağlı nümunə də gətirdi: “Fatih Terim “Milan”ın baş məşqçisi olarkən demişdi ki, 70 milyonluq Türkiyədə belə “Milan”ın azarkeşləri var. Bu açıqlamalar ümumi açıqlamalardır. Yəqin Hafiz Məmmədov da belə fikirlər səsləndirərkən düşünüb ki, klubun formasının üzərində “Land of fire Azerbaijan” və “Baku-2015” yazılıbsa, istər-istəməz bütün Azərbaycanın həmin kluba rəğbəti olacaq. Xaricdə psixologiya belədir, bizdə isə yox. Mən şəxsən bu cür açıqlamaları normal qarşılayıram”.

Bu açıqlamalarda qəbahətli heç nə olmadığını deyən E.Əşrəfoğlu rəqəmlərin bir az düzgün səsləndirilmədiyi ilə razılaşsa da bunun sevgidən irəli gələrək deyildiyi qənaətindədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Hafka”nın idman biznesi çökür

    “Hafka”nın idman biznesi çökür ...

    6-11-2013, 22:36

  • 
  • Mənsimovun yaxın adamına pul ittihamı

    Mənsimovun yaxın adamına pul ittihamı ...

    15-01-2014, 12:44

  • 
  • "Hafka" indi də ərəb şeyxi ilə futbol biznesi qurur

    "Hafka" indi də ərəb şeyxi ilə futbol ...

    4-03-2014, 10:28

  • 
  • «Hafka» ilə Dimanın fərqi nədir?

    «Hafka» ilə Dimanın fərqi nədir? ...

    1-04-2014, 10:36

  • 
  • “Hafka” “Atletiko” və “Lans”ın yeni formasını təqdim etdi (FOTO)

    “Hafka” “Atletiko” və “Lans”ın yeni formasını ...

    24-11-2013, 11:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu