Gundemxeber.az » İdman » “Şaxtyor” razılıq verdi: Ukrayna millisinin üzvü daha bir il Azərbaycanda oynayacaq
Aleksey Kaşuk daha bir mövsüm “Sabah”ın formasını geyinəcək.
Paytaxt klubu onun icarəsi ilə bağlı “Şaxtyor”la anlaşıb.
“Sabah” oyunçunu birdəfəlik transfer etmək istəsə də, Donetsk təmsilçisinin çox böyük məbləğ tələb etməsi səbəbindən bu transfer baş tutmayıb. Eyni zamanda Ukrayna U-21 millisinin üzvünün Avropanın digər ölkələrindən daha sərfəli təklifləri olub. Ancaq o, uğurlu çıxış etdiyi “Sabah”da qalmağı üstün tutub.
Kaşuk 2022-ci ilin martından Azərbaycan klubunun formasını geyinir. Onun hazırkı icarə müqaviləsi mövsümün sonuna qədərdir. 22 yaşlı vinger bu mövsüm 29 matçda vurduğu 16 qol və etdiyi 11 məhsuldar ötürmə ilə “Sabah”ın Premyer Liqanın gümüş medallarını qazanmasında böyük rol oynayıb./oxu,az/
21-05-2020, 11:48
13-05-2014, 11:44
23-06-2017, 13:06
19-06-2017, 13:48
25-04-2016, 11:39
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?