İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb.
Bu barədə Əndəlus təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışı olub.
Qeyd edək ki, “Sevilya” La Liqada 8 oyundan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb. Mendilibar ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olub.
Sorğu
Yeni dizaynımız necədir?