GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Qarabağ“ “Sparta“ və “Reyncers“dən daha güclüdür” - “Malmö”nün baş məşqçisi

“Qarabağ“ “Sparta“ və “Reyncers“dən daha güclüdür” - “Malmö”nün baş məşqçisi

Tarix: 3-10-2024, 10:45 Bölmə :İdman Baxış: 449

bitmap-img6

"Malmö"nün (İsveç) baş məşqçisi Henrik Ridström bu gün Bakıda mətbuat konfransı keçirib.

Gundemxeber.az sportal.az-a istinadən xəbər verir ki, mətbuat konfransı Avropa Liqası Liqa mərhələsinin ikinci turu çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyuna həsr olunub.

Henrik Ridström jurnalistləri maraqlandıran sualları cavablandırıb:

- "Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmur? Rəqibiniz "Gefle", "Göteborq", "Hekken" kimi klubları məğlub edə bilib...

- Xeyr, qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

- Sabahkı oyundan gözləntiləriniz nədir? Məğlub olsanız, bunu faciə hesab edəcəksiniz?

- "Qarabağ"ı analiz etmişik. Rəqibimiz çox güclü komandadır. Onlar Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə evdə yaxşı oynayırlar. "Qarabağ" topa sahib olanda təhlükəlidir. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa, yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

- Çox rahat görünürsünüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?

- Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, "Qarabağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdürlər. "Qarabağ" bundan əvvəlki rəqibimiz "Reyncers"dən geri qalmır. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

- Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdir?

- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da vacibdir. 

- "Qarabağ"ın əvvəlki oyunlarını izləməyə köməkçilərinizi göndərmisiniz?

- Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"a öz liqasında və avrokuboklarda baxaq, analiz edək.

- Azərbaycanda mütəxəssislər "Malmö"yə üç xal gözü ilə baxır. Qurban Qurbanov da bunun komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədir? 

- Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

- "Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədi?

- Mən və futbolçularım həyəcanlıyıq. Amma klub rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi (gülür). 

- Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu, sizi qorxudur?

- Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə sabahkı matça hazır olmalıyıq.

- Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?

- Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. İsak komanda üçün vacib oyunçudur.

- O, ölkə çempionatında bombardirdir, amma avrokuboklarda 7 oyunda qol vurmayıb. Bunu nə ilə izah edərdiniz?

- Avroliqa və təsnifat mərhələsinin oyunları yüksək səviyyədədir. Müəyyən mənada çətinliklərlə üz-üzə qaldıq. Futbol kollektiv oyundur. Çalışırıq ki, inkişaf edək.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qarabağ" "Gefle"ni məğlub etdi (YENİLƏNİB)

    "Qarabağ" "Gefle"ni məğlub ...

    1-08-2013, 22:59

  • 
  • "Biz onlarsız da qalib gələ bilərik"

    "Biz onlarsız da qalib gələ bilərik" ...

    22-10-2014, 22:10

  • 
  • “Qarabağ” APOEL-lə oyunda üstünlüyü əldən verib -YENİLƏNİB

    “Qarabağ” APOEL-lə oyunda üstünlüyü əldən verib ...

    7-11-2019, 23:42

  • 
  • Qurban Qurbanov: "Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq"

    Qurban Qurbanov: "Oyunu uduzsaq da, ...

    23-11-2017, 12:48

  • 
  • "Qarabağ" Avropa Liqasında “Fiorentina”ya böyük hesabla məğlub olub  Böyüt

    "Qarabağ" Avropa Liqasında ...

    29-09-2016, 23:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu