GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Qurban Qurbanovdan sabahkı oyun və hücumçu transferi ilə bağlı açıqlamalar

Qurban Qurbanovdan sabahkı oyun və hücumçu transferi ilə bağlı açıqlamalar

Tarix: 29-07-2025, 23:57 Bölmə :İdman Baxış: 110


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib. Tədbir UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsində “Qarabağ”ın sabah Bakıda İrlandiyanın "Şelburn" klubuna qarşı keçirəcəyi cavab oyununa həsr olunub.


Gundemxeber.az sportal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov oyuna pis hazırlaşmadıqlarını deyib: “Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Burada istəyirik ki, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək”.

- ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ” - “Şelburn” cütünün qalibinin potensial rəqibi FKSB-nin prezidenti Cici Bekali “Qarabağ”a söz ataraq, onu qıcıqlandıraraq komandasını motivasiya edir. Ona cavab verəcəksiniz?

- Mənim xarakterimi bilirsiniz. Bizim hələ cavab oyunumuz var. Bütün diqqətimiz sabahkı matçdadır. Atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki, plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.

- Zədəlilərin durumu necədir?

- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah "23-lüy"ə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq.

- “Qarabağ”ın prezidenti Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etməyi planlaşdırırıq.

- Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə işimizi daha da sığortalamaq istəyirəm.

- "Qarabağ"ın əsas qapıçısı fikri hələ ki, yoxdur. Bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır...

- Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azı çempionata kimi futbolçuların oyun təcrübəsini qoruyub saxlamalıyıq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçıların hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik.

- Sami Mmae "Qarabağ"a keçəndə, "Dinamo" azarkeşlər sosial şəbəkələrdə "Qarabağ"a təşəkkür etmişdilər ki, "sağ olun, onu transfer etdiniz”. Bu fikrə münasibətiniz necədir?

- Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlir deyə onu dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.

- Redon Cica böyük ümidlərlə "Qarabağ"a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?

- Cica çox yaxşı hücumçudur. Digər tərəfdən Juninyonun gəlişi, sonradan Nərimanın yaxşı inkişaf etməsi... İstər-istəməz Cicaya daha az şans verdik. Çempionatımızda limit məsələsi var idi. Bu da mane olurdu. Amma Cicadan daha artığını əldə etdik. Çempionlar Liqasının təsnifat mərhələsində qollar vurmuşdu. Bunun sayəsində Avropa Liqasının qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı oyunda bizim üçün faydalı idi. İnanın ki, Cica kimisinin olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynamağı. Qol vurmaq qabiliyyəti var, yaxşı insandır, yaxşı idmançıdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Şelburn"un baş məşqçisi: "Mənim üçün əsas avrokubok oyunlarına görə peşman olmamaqdır"

    "Şelburn"un baş məşqçisi: "Mənim ...

    23-07-2025, 11:03

  • 
  • Çempionlar Liqası: “Qarabağ” cavab oyununa çıxacaq

    Çempionlar Liqası: “Qarabağ” cavab oyununa çıxacaq ...

    18-07-2017, 13:11

  • 
  • “Qarabağ”ın planını kim satıb? - Qurban Qurbanovdan şok açıqlama

    “Qarabağ”ın planını kim satıb? - Qurban ...

    8-08-2014, 02:47

  • 
  • Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli oldu

    Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və ...

    16-06-2021, 16:25

  • 
  • Qurban Qurbanov: “Kopenhagen”nin gücü bəllidir”

    Qurban Qurbanov: “Kopenhagen”nin gücü bəllidir” ...

    4-08-2017, 16:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu