Ukraynada 2 aydan çoxdur ki, davam edən qarşıdurmalarda adı tez-tez hallananlardan biri də Dmitri Bulatovdur.
Verilən məlumata görə, ukraynalı müxalifətçi Bulatov ötən həftə naməlum şəxslər tərəfindən qaçırılmışdı. Xəstəxanada müalicə olunan Bulatov qaçırıldığı zaman ona 8 gün işgəncə edildiyini söyləyib. 35 yaşlı Bulatov Ukrayna televiziyasına danışarkən əllərində, üzündə olan yaraları göstərib.
"Məni çarmıxa çəkdilər. Əllərimi mismarladılar. Qulağımı və üzümü kəsdilər. Bədənimdə sağlam bir yer qalmayıb. Hər yerim göyərib" - deyə Bulatov qeyd edib.
8 gün davam edən işgəncədən sonra meşəyə aparılan Bulatov öz səyi ilə bir kəndə gedib çıxdığını və oradan da xəstəxanaya aparıldığını deyib.
Xatırladaq ki, Kiyevdə etiraz aksiyalarındakı fəallardan olan Dmitri Bulatovdan yanvarın 23-dən bu yana heç bir məlumat yox idi (ANS).
Sorğu
Yeni dizaynımız necədir?