"Rayondan çıxa bilməyən türkmənlər qətlə yetiriləcək və "Əl-Qaidə"nin növbəti hədəfi Türkiyədir"
Suriyanın böyük şəhərlərindən olan Hələbdə 13 000 türkmənin yaşadığı Çobanbəy rayonu "Əl-Qaidə" terrorçularının dəstəklədiyi İŞİD (İraq Şam İslam Dövləti) qüvvələri tərəfindən işğal olunub. Artıq rayonda 1 həftədir tərəflər arasında atışma davam edirdi və türkmənlər məhdud imkanlarla Çobanbəyi müdafiə etməyə çalışırdılar.
Yerlilər İŞİD-in rayonu hiylə işlədərək ələ keçirdiyini bildirib. Yerli mənbələrin məlumatlarına görə, İŞİD atəşkəs tələb edib, daha sonra isə bu hərəkata bağlı partizan birlikləri Çobanbəyə soxularaq türkmən müdafiə qüvvələrini zərərsizləşdiriblər.
Məlumata görə, ötən axşam türkmənlər tərəfdən yaralanan 12 nəfər Türkiyə Kilis vilayətinin Suriya ilə sərhəddə olan Elbəyli rayonundan bu ölkəyə girərək xəstəxanalara çatdırılıblar.
"CNN Türk" isə yerli türkmənlərin kütləvi şəkildə Çonbanbəyi tərk etdiyini bildirir. Çabanbəyin 90 faizinin "Əl-Qaidə" tərəfindən işğal olunduğunu deyən yerli sakinlərdən biri bildirir ki, rayondan çıxa bilməyən türkmənləri İŞİD qətlə yetirəcək. Çobanbəylinin çox stratejik əhəmiyyəti olduğunu deyən rayon sakini, "Əl-Qaidə"nin növbəti hədəfinin Türkiyə olacağını iddia edib.
Frans-Press agentliyi isə əfsanəvi komandan, general Rəşid Dostumun rəhbərliyi altında türk əsilli döyüşçülərdən təşkil olunmuş 5 min nəfərlik qoşunun sözügedən əraziyə doğru irəlilədiyi haqqında xəbər verib (Publika.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?