Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasından deputat, onun Ali Radadakı nümayəndəsi Yuriy Miroşniçenko canlı efirdə ağlayaraq xalqdan üzr istəyib. TSN kanalının “Tijden” (“Həftə”) proqramının qonağı olan Miroşniçenko silahlı hökumət qüvvələrinin əliyalın mitinqçiləri atəşə tutmasını göstərən kadrlardan sonra göz yaşlarını saxlaya bilməyib və baş verənlərə görə xalqdan əfv diləyəib. “Bu yaraları Ukrayna hələ uzun müddət xatırlayacaq. Mən hər kəsdən üzr istəyirəm... Mən Ali Radadan çıxanda insanlar ağlayırdı, haqq edilən sözlər qışqırırdı. Hərçənd, mənim ekranda gördüklərimizə heç bir aidiyyatım yoxdur, amma bu, hamımızın utanmalı olduğumuz səhnələrdir”, - deyə deputat bildirib. Miroşniçenko həmçinin, Ukraynanın bütövlüyünü qorumağa da çağırış edib: “Mən Krımın, şərq və cənub regionlarının bütün sakinlərinə müraciət etmək istəyirəm. Əziz dostlar, indi Ukraynanın parçalanması barədə düşünüləcək vaxt deyil. Mən xahiş edirəm. Siz o kadrları gördünüz. Ukrayna vahid qalmalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?