GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa Rusiyaya görə həyəcan içində

Avropa Rusiyaya görə həyəcan içində

Tarix: 18-04-2014, 10:06 Bölmə :Dünya Baxış: 566
Avropa Rusiyaya görə həyəcan içində
New York Times:
“Putin danışanda elə bil güzgüyə baxır”


Rusiya ordusunun Ukraynaya girməsinin qabağını nə saxladı? İranda isə ailə planlaşdırmasından imtina edirlər. Khamenei deyir ki, İrana 150 milyon əhali lazımdır. New York Times yazır ki, Putin Ukraynadan danışanda elə bil güzgüyə baxır. Putin deyir ki, Kiyevdə faşistlər və millətçilər ağalıq edir, özü isə Böyük Rusiya naminə Krımı anneksiya edir. Putin deyir ki, Ukraynanın şərqində rusları incidirlər, elə bu vaxt Rusiya həmin ərazidə inzibati binaların və silahın ələ keçirilməsinə kömək edir. Putin Obamaya deyir ki, ABŞ prezidenti öz nüfuzunu işə salıb Ukraynada gücdən istifadəyə imkan verməsin, özü isə Ukrayna sərhəddinə ordu yığır.
Qəzet yazır ki, sovetsayağı belə təbliğat Rusiyanın daxilində, əks informasiya mənbələri olmayan yerdə işləyə bilər. Ancaq Rusiyadan qıraqda bunu alan yoxdur.
Washington Post Putinin Ukraynada etdiklərini “macəraçılıq” adlandırır və soruşur ki, Putinin macərası neçəyə başa gələcək? Qəzet hesab edir ki, indiki vəziyyətdə Putinə risklər var. Putin vəziyyəti qızışdırmaqda davam edəcək. Əks halda, uzun müddəti götürəndə, Putinin əhəmiyyətli itkiləri olacaq. Qəzet daha sonra yazır ki, Ağ Ev Ukraynada vəziyyətin inkişafının 3 variantını görür, bunların 3-ü də Qərb üçün pisdir:
1. Federal Ukrayna. Kiyev hökuməti buna razı ola biləcvəyinə işarə edir. Putin mərkəzsizləşdirməyə tərəfdardır. Şərq regionuna daha çox hakimiyyət verilməsi sonralar Rusiyaya Ukrayna siyasətinə fəal müdaxiləyə imkan verəcək.
2. Şərqi Ukraynanın Krım kimi anneksiyası.
3. Rusiya ordusunun Ukraynaya daxil olması. Qəzet yazır ki, Kramatorskda hava limanının tutulması kimi hadisə Rusiya ordusunun müdaxiləsinə bəsdir. Washington Post yazır ki, ABŞ-ın kəşfiyyat rəsmilərinin dediyinə görə, Rusiya Ordusu Ukraynaya bir neçə həftə əvvəl girəcəkdi, onu ABŞ-ın ciddi sanskiaylar hədəsi saxladı.
Financial Times yazır ki, Ukrayna dünya üçün sınaqdır. Əgər Ukrayna parçalansa, Qərblə Rusiya qarşıdurmaya gedəcək. Bu mübarizədə hər ikisi itirəcək. Ona görə hər iki tərəf Ukraynanı bütöv saxlamalıdır. Qəzet hesab edir ki, sivilizasiyalar müharibəsi heç də fantastika deyil.
World Politics Review yazır ki, 2008-ci ildəki Gürcüstan müharibəsi, ondan əvvəlki Çeçenistan və Əfqanıstan müharibələri ilə müqayisədə Rusiyanın silahlı qüvvələri xeyli qabağa gedib. Onlar daha çevik, qəti hərəkət etmək imkanlarını nümayiş etdirdilər. Krım əməliyyatına cəmi 10 min xüsusi təyinatlı qüvvə cəlb olunmuşdu. Onların davranışı, sürəti əvvəlki əməliyyatlardan çox fərqli idi. Bununla belə, World Politics Review hesab edir ki, Rusiya ordusu təkmilləşsə də bu ordunun imkanları məhdud olaraq qalır. Rusiya yalnız regional qüvvədir, O, qonşularını “buynuzlaya” bilər. Ancaq dünya miqyasında yeni Soyuq Müharibəyə başlamaq iqtidarında deyil.
İran parlamenti vazektomiyanı, yəni, insanın nəsil verməsinin qarşısını alan xüsusi cərrahiyyə əməliyyatını qadağan etmək istəyir ( bunu Qərbdə adətən bir neçə uşağı olan və daha uşaq istəməyən kişilər edir. Məsələn, braziliyalı futbol ulduzu Ronaldo vazektomiya edib – Azadlıq radiosu) İran parlamenti həmçinin abort qaydalarını da sərtləşdirmək istəyir.
Guardian yazır ki, İran 20 il ailə planlaşdırması proqramından sonra yolunu tamam dəyişmək istəyir. Ailə planlaşdırması proqramı çərçivəsində İranda kişilərin sterilizasiyası əməliyyatına dövlət pul verirdi, prezervativ pulsuz paylanırdı və s. İndi isə İranın Ali Lideri Khamenei deyir ki, ailə planlaşdırması Qərb həyat tərzinin təqlididir.
İran yolundan niyə dönür?
İran hakimiyyətini narahat edən əhalinin nisbi qocalmasıdır. Hərçənd Harvard Universitetinin məzunu, İranda AİDS-lə mübarizəni başladığına görə həbsə atılmış Kamiar Alaei bununla razı deyil. O deyir ki, İran əhalisinin 70 faizi 35 yaşdan az olanlardır.
İran hakimiyyətinin ailə planlaşdırmasından imtina etməsində məqsədi isə əhalinin sayını artırmaqdır. Khamenei deyir ki, “Biz ən azı 150 milyon olmalıyıq”. Hazırda İranın 75 milyon əhalisi var. İran bundan əvvəl də çoxuşaqlı ailələri həvəsləndirməyə cəhdlər edib. Vaxtilə Ahmadinejad dövründə hətta hökumət çox uşağı olanlara qızıl pullar verəcəyini vəd etmişdi.
Alaei isə hesab edir ki, problem ailə planlşadırlmasında deyil. İranda əhalinin artımının ona görə zəifləyir ki, iqtisadi, sosial səbəblərdən gənclər evlənə bilmirlər və ya çox uşaq istəmirlər.
Cavid Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

    Nyu York Times: “Rusiya təhlükəsi nə qədər ...

    28-03-2014, 08:53

  • 
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Putin Krımı Rusiyaya birləşdirən şəxsə vəzifə verdi

    Putin Krımı Rusiyaya birləşdirən şəxsə vəzifə ...

    3-02-2016, 12:25

  • 
  • Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

    Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq ...

    1-04-2014, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu