İraq ordusunun İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlarda 8 mülki şəxs olüb, 40 nəfər isə yaralanıb.
Enbar və Salahaddin vilayətlərində həyata keçirilən hava hücumlarında yaralananlar Felluca Dövlət Xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən açıqlamada bildirilib ki, ölənlərin 2-si uşaq, biri isə qadın olub. Terror təşkilatının itkiləri ilə bağlı hər hansı bir məlumat yoxdur.
İraq hakimiyyəti isə bombardmanlarla bağlı hər hansı bir açıqlama verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?