İraqın bir hissəsinin ələ keçirən İŞİD-ə bağlı qruplar Qəzza və Sinadan İsrail ordusuna aid əsgəri hədəfləri və dislokasiya yerlərini qrad raketləri ilə vurduqlarını bəyan etdilər.
Avropa.info xəbər verir ki, internet üzərindən yayılan video görüntülərdə İsrail tərəfindən işğal edilən Netzarim bölgəsinin də 107 mm raketləri və 120 mm hava topları ilə vurulduğu bildirilir. Hücumların təfərrüatı ilə bağlı heç bir açıqlama verilmədi.
Qeyd edək ki, Qəzzada olan Mücahidlər Şura Konseyi və Misirdəki Ənsar Beyt əl Məqdis qruplaşmaları İŞİD-ə beyət ediblər.
İsrailə məhz bu qruplaşmalar tərəfindən raket atıldığı bildirilir. İsrailin vurulduğu iddia edilən həmin görüntüləri təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?