GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanda seçkiqabağı etirazlar

Ermənistanda seçkiqabağı etirazlar

Tarix: 17-01-2013, 11:01 Bölmə :Dünya Baxış: 620
Ermənistanda seçkiqabağı etirazlar

Siyasi qarşıdurmalardan İrəvanda hal qalmayacaq

Ermənistanda keçirilən prezident seçkisi və onun nəticələrini bölgə ölkələri kimi, Azərbaycan üçün də strateji məsələ hesab etmək olar. Çünki Azərbaycan torpaqları Ermənistan tərəfindən hələ də işğal altında saxlanılır, rəsmi Yerevan Dağlıq Qarabağ probleminin həllində qeyri-konstruktivlik nümayiş etdirir. Bu baxımdan Ermənistanda seçkiöncəsi baş verən proseslər Bakıda diqqətlə izlənilir, təhlil edilir.
Fevralın 18-nə təyin olunan prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 15 namizədin ərizəsi daxil olub. Namizədlər arasında - "Ermənistan rifahı" şüarı ilə hazırkı prezident Serj Sarkisyan, Azadlıq Partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan öz partiyaları adından iştirak edirlər. Qalanları isə öz namizədliklərini şəxsən irəli sürənlərdir. Bu siyahıda Sarkisyan daha real namizəd kimi görünür. Digərləri üçün isə bu seçkilər sadəcə olaraq özünə diqqət yetirmək və ya siyasi bir piardır. Seçkiöncəsi baş verən siyasi proseslərə və qüvvələrin yerləşdirilməsinə nəzər salsaq, ilk növbədə qeyd etmək lazımdır ki, prezident seçkiləri, ölkənin siyasi sisteminin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.
Seçkiöncəsi proseslərdə hiss edilən məqam mövcud hökumətin ilk dəfədir ki, birmənalı şəkildə qələbəsinə əmin olmamasıdır. 2008-ci ildə hakim partiya - Ermənistan Respublika Partiyası (ERP) kütləvi etiraz dalğasını - koalisiya ortağı olan "Çiçəklənən Ermənistan" (ÇE) ilə birlikdə sakitləşdirsə də, bu gün, ÇE hökumətdən parlament idarə formasına keçirilməsi istiqamətində növbəti islahatlar tələb edir. Eyni zamanda ölkədəki ağır sosial-iqtisadi vəziyyət, günbəgün artan miqrasiya, vəzifəli məmurların özbaşınalığı dövlət orqanlarına qarşı əhalinin ikrah hissini daha da artırır.
Ermənistan Dövlət Statistikasına əsasən, hökumətin son qərarı ilə minimum əmək haqqının 2500 dram (təxminən 6 dollar) artırılması, hakim partiya istisna olmaqla çoxlarının istehzasına səbəb oldu. Təbii ki, minimum istehlak səbəti 53 min dram (təxminən 130 dollar) və minimum əmək haqqı 35 min dram (təxminən 86 dollar) təşkil edirsə, yüksək inflyasiya və artan qiymətlər şəraitində bu artım ancaq gülüş doğura bilər. Digər tərəfdən Ermənistan hakimiyyətinin xarici "oyunçular"dan və daxili oliqarxlardan güclü asılılığı ermənilərin hər hansı müsbət və planlı dəyişikliyə nail olmaq istəyini minimuma endirir. Belə bir şəraitdə istər xarici, istərsə də daxili maraqları olan qüvvələr üçün kimin prezident olacağı maraq doğurmaya bilməz.
Ən güclü siyasi rəqib, Ermənistanın sabiq prezidenti 68 yaşı və sağlıq durumunda problemlər olan Levon Ter-Petrosyan seçkilərdə iştirak etmir. Məlumdur ki, 2008-ci ildə olduğu kimi hazırda da ona dəstək verilmir. Bundan əlavə, Erməni Milli Konqresinin parlamentdəki təmsilçiliyi (131 deputatın 7-si) yalnız tükənən potensialdan xəbər verir. Hazırkı prezident Sarkisyan isə özünü qərbpərəst göstərməyə çalışır, bununla da Qərbin tələblərinə tam cavab vermək və seçkidə dəstək qazanmağa çalışır. Məlumdur ki, Ermənistan iqtidarı beynəlxalq miqyasda qabartmağa çalışdığı - istər qondarma "erməni soyqırımı", Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətləri, Avrasiya İttifaqı və digər məsələlər vasitəsilə seçkilərdə müəyyən manipulyasiyalar etməyə çalışacaqdır.
Hətta bir az da irəli gedən Sarkisyan, Qərbdə xoş təəssürat yaratmaq üçün Avropaya inteqrasiya istiqamətində addımlar ataraq, tezliklə eynicinsli şəxslər arasında nikahı qanuniləşdirmək istəyir. Bununla əlaqədar ölkəyə dəvət edilmiş Avropa İttifaqının ekspertləri və mütəxəssisləri xeyli müddətdir ki, Ermənistan qanunvericiliyinə dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi hazırlayıblar. Bu qanuna Ermənistan prezidenti seçildikdən sonra dəyişikliklər edilməsi planlaşdırılır, əks halda, o, hakimiyyəti daha tezliklə itirə bilər.
Hətta 2006-cı ildə Fransada yaşayan Arno və Misha adlı iki erməni Ermənistana gələrək Müqəddəs Eçmiədzin divarları arasında kilsədə üzük taxaraq həmcins nikahlarını gerçəkləşdirdilər. Buna cavab olaraq ölkədə heç bir kütləvi etiraz və qalmaqal yaşanmadı.
Təbii ki, Serj Sarkisyan Rusiyadan da dəstək xahiş edəcək və əvəzində Ermənistanda özü tərəfdən yaradılmış və ya aidiyyatı olduğu antirusiya əhval-ruhiyyəsinin qarşısının alınmasına zəmanət verəcək. Rusiyanın da Cənubi Qafqazda məlum geosiyasi maraqları olduğu üçün heç kimi dəstəkləməməsi qeyri-mümkündür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sarkisyan: "İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi məqsədəuyğundur"

    Sarkisyan: "İlham Əliyevin prezident ...

    19-08-2013, 00:13

  • 
  • Sarkisyan göylə gedir

    Sarkisyan göylə gedir ...

    22-01-2013, 09:57

  • 
  • Sarkisyan: «Qarabağ Ermənistanındır»

    Sarkisyan: «Qarabağ Ermənistanındır» ...

    29-09-2015, 17:07

  • 
  • «Sarkisiyanın təkrar seçilməsi… vaxt itkisidir»

    «Sarkisiyanın təkrar seçilməsi… vaxt itkisidir» ...

    19-02-2013, 11:26

  • 
  • Serj Sarkisyan dəvəti qəbul etmədi

    Serj Sarkisyan dəvəti qəbul etmədi ...

    16-01-2015, 22:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu