Bu gün böyük mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin şəxsi həyatı ilə bağlı sualdan yayına bilməyib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Voronejdən olan jurnalist prezidentin niyə subay olması ilə bağlı soruşub.
“Hər şey qaydasındadır. Narahat olmayın!”, - prezident cavabında deyib.
“Mənim Avropadan olan dostum bir dəfə soruşdu: “Bura bax, sənin sevgilin var? Sən kimisə sevirsən?”. Cavabımda “hə” dedim: Ondan da soruşdum: “Bəs sənin?”. “Bəli, Allaha şükür”, - deyib araq badəsini başına çəkdi. O, yəqin elə qərara gəlib ki, mən tamamilə vəhşiləşmişəm”.
Putin sonra keçmiş həyat yoldaşı Lyudmila Aleksandrovna ilə xoş, dostluq münasibətlərini qoruduğunu da qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?