“Mən Rusiya lideri ilə bir həftə vaxt keçirmək istərdim. Sadəcə onu anlamaq üçün”.
Bu sözləri “Eurovision-2014” mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanın Tomas Noyvirt deyib.
O, jurnalistlərə müsahibəsində həmçinin bildirib ki, rusiyalı pərəstişkarları ilə görüşməyi çox istərdi. “Mənim Rusiyada çoxlu pərəstişkarlarım var və bu çox gözəldir”, - deyə Noyvirt qeyd edib.
Xatırladaq ki, avstriyalı Konçita Vurstun 2014-cü ildə “Eurovision”da qələbəsindən sonra Türkiyə bir daha “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. Budnan başqa, Avropa parlamentinin avstriyalı deputatı da öz ölkəsinin belə qələbəsindən utandığını demişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?