Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsi qalibi Konçita ölkəsində keçiriləcək prezidentliyə namizədliyini rəsmən irəli sürüb. gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, transseksual müğənni Konçita Vurst Avstriyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdükdən sonra sosial şəbəkədən xalqa müraciət edib. Konçita 2004-cü ildən Avstriyada prezident olan Haynz Fişerin postuna layiqli namizəd olduğunu qeyd edib.
2014-cü ildə "Rise Like a Phoenix" (Simurq quşu kimi yüksəl) mahnısı ilə "Eurovision" mahnı müsabiqəsində 290 balla birinci olmuşdu.
"Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb.
Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Vyanada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyir.
2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.
Konçitanın bir saat öncə namizədliyini açıqladığı xalqa müraciətinin videogörüntüsünü təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?