Ermənilər Suriyadan gəlmiş 29 erməni ailəsini Laçında,qalanını isə Zəngilanda yerləşdirdilər
Suriyada hakimiyyət və üsyançı qüvvələr arasında silahlı qarşıdurma başlanandan bu ölkədə yaşayan minlərlə böyük erməni icması nümayəndələri Ermənistana qaçmağa məcbur olublar. BBC-nin yaydığı məlumata görə, onların bir qismi işğal olunmuş Dağlıq Qarabağda, erməni qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazisində məskunlaşıb. Bu ərazilərdə məskunlaşan erməni ailələrinin sayı barədə məlumatlar müxtəlifdir. Tanınmamış Dağlıq Qarabağ respublikası rəsmiləri dəqiq rəqəm açıqlamır və ya ailələrin sayının cəmi bir neçə olduğunu deyir. Müstəqil mənbələr və zonaya səfər etmiş jurnalistlər isə ailələrin sayınınn onlarla olduğunu deyir. İşğal olunmuş ərazilərdə suriyalı qaçqınların yerləşdirilməsi ilə bağlı bu günlərdə Londonda olan qondarma "Dağlıq Qarabağ Respublikasının" xarici işlər nazirinin müavini Feliks Xaçatryan deyib ki, ailələrin sayı barədə dəqiq məlumatı yoxdur. "Bəlkə 10, bəlkə bir az çox -- demək çətin olardı. Amma bu humanitar məsələdir, və ona elə də baxılmalıdır, siyasiləşdirilmədən", Xaçatryan bildirib. Hazırda Kaşatağ (Laçın) rayonunda ümumi sayı 105 nəfər təşkil edən 29 Suriyadan gəlmiş erməni ailəsi yaşayır. Bu ailələrin dördü bir neçə il əvvəl bura köçüb. Bu barədə iki həftə bundan əvvəl "Kavkazskiy uzel.ru" (KU.ru) saytında çap olunmuş məlumatda bildirilir. Yazıda deyilir ki, 7 ailə Berdzorda (Laçın şəhəri), qalanı Kovsakanda (Zəngilan) məskunlaşır. Azərbaycan işğal altında olan ərazilərində erməni qaçqınlarının yerləşdirilməsinə etirazını bildirib və bunu yolverilməz hesab etdiyini deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?