Suriya prezidenti Bəşər Əsəd “İslam dövləti” yaraqlılarına qarşı digər dövlətlərlə qarşılıqlı mübarizə aparmağa etiraz etmədiyini, lakin eyni zamanda beynəlxalq koalisiyada Suriyanın iştirakını istisna hal hesab edirdi.
Bununla yanaşı Əsəd etiraf edib ki, onun hakimiyyəti ABŞ-ın himayəsi altında olan beynəlxalq koalisiyadan “İslam dövləti” qruplaşması ilə qarşıdurma yarada biləcək mesajlar alır. Məgər bu Suriyanın Qərbin ən qəti və barışmaz düşmən kateqoriyasından “İslam dövləti”nə qarşı mövcud müttəfiqliyə keçid almasını sübut etmirmi? Əgər edirsə, o zaman münasibətlərin bu cür normallaşmasında Rusiya nə kimi rol oymaya bilər?
Mövzu ilə bağlı “Gündəm Xəbər” xarici mətbuata istinadən Şərqşünas ərəb mənşəli Yelena Suponina ilə müsahibəni təqdim edir:
Jurnalist: “Belə bir atalar sözü var, mənim dostumun düşməni, mənim də düşmənimdir”. Bu məsələ primitiv riyazi anlayış üzərində toplanıb. Siyasətdə isə bu cür düsturlar çox zaman işə yaramır. Lakin Suriya və Qərb arasındakı mövcud münasibətlərdə hər hansısa bir oyanışın olacağı göz qabağındadır. Sizcə bu nə qədər gözlənilməz olardı?”
Yelena Suponina: “Suriya prezidenti Bəşər Əsədin adi Bi-Bi-Ci-yə müsahibə verməsi, özü özlüyündə vəziyyətin dəyişməsini sübut edən amildir. Suriyalılar mediya ilə münasibətlərində çox diqqətcildirlər. Ona görə də, münasibətlərdə nə isə dəyişməli idi ki, nəticə etibarilə bu cür müsahibə də ərsəyə gələ bildi. Sadə düsturlara gəlincə isə, deyim ki, bir çox hallarda onlar da işə yarayır. Misal üçün terrorla və Suriya ilə mübarizəyə münasibətdə. Onu da qeyd edim ki, məhz bu variantı həmişə Rusiya təklif edib. Nəzərə alaq ki, son zamanlar Rusiya demək olar ki, tez-tez “İslam dövləti”nə mənsub cihadçılara qarşı mübarizədə Suriyanın və İranın da müdaxiləsinin vacib olduğunu bildirib. Bütün bu irəliləyişlər 5+1-lərin İranın nüvə silahı ətrafında danışıqlar nəticəsində əldə olunan müsbətə doğru atılmış addımlardan qaynaqlanır. Əslində bu ABŞ-ın regionda etibarlı və sədaqətli müttəfiqi olan İsrail üçün xoşagələməz sürprizdir. Amma Suriya müxalifəti üçün nakaut vəziyyəti deməkdir. Çünki Suriya müxalifəti hakimiyyətin ABŞ-la yaxınlaşmasına mane olmağa çalışır”. Jurnalist: “İsrail regionda önəmli oyunçudur. Bəşər Əsəd İranın müttəfiqidir. Lakin burada daha bir önəmli oyunçu var ki, həmin oyunçu İranın qəti düşməni, ABŞ-ın isə ənənəvi olaraq müttəfiqi hesab olunur. Söhbət Səudiyyə Ərəbistanından gedir. Məhz Səudiyyə Ərəbistanı Suriya müxalifətini də dəstəkləyir. Ona görə də, bu gün Suriya müxalifəti “İslam dövləti” şəklində fəaliyyət göstərmək iqtidarındadır. Sizcə bu cür durumda münasibətlər necə inkişaf edə bilər?”
Yelena Suponina: “Suriya müxalifətinə yalnız Səudiyyə Ərəbistanı dəstək vermir. Suriya müxalifətini eyni zamanda Qatar, Türkiyə və Qərbin bir sıra dövlətləri dəstəkləyir. Hələ ki, Amerikanın mövcud durumu başdan ayağa dəyişmək qərarına gələcəyi məlum deyil. ABŞ indiki durumda manevr etməyə sanki, ehtiyyat edir. Lakin İslam Dövləti terroru ilə mövcud mübarizə üsulu heç də uğurlu alınmır. Əksinə biz
yeni qurbanlar görürük. Bu qurbanlar həmçinin əsirlər arasında da var. Elə indicə bir amerikalı qızın ölüm xəbəri gəldi. Həmin qız Suriyada hümanitar təşkilatların birində işləyirdi və o qaçırılmışdı. Bununla nə etmək lazımdır? Bir çoxları ABŞ-la rzlığa gələ bilməyən dövlətlərlə Qərb dövlətləri ümumi təhdidə qarşı mübarizəyə başlayır. Rusiya çoxdan əməkdaşlıq etmək istədiyini və bunun öhdəsindən gələcəyini deyirdi. Lakin Ukrayna böhranından dolayı mövcud münasibət lazimi səviyyədə deyil. Hərçənd ki, ümumi düşmənə qarşı hamı birləşə bilərdi...”
Jurnalist: “İnsana elə gəlir ki, hazırda insaniyyət üçün ən qorxunc təhlükə “İslam Dövləti”dir. Baxmayaraq ki, bu cür hadisələr ilk dəfə deyil ki, baş verir. Qərb üçün Bəşər Əsəd kimi müəmmalı müttəfiq hər zaman şübhə doğuracaq. Çünki onunla tərəfdaşlıq hər dəfə gözlənilənlərdən daha pis nəticə verib. Misal üçün Əfqanistanda silahlı məcahidlər “Əl-Qaidə” üçün nüvə ehtiyyatı oldu. Daha sonra Səttam Hüseynə olunan yardım nəticəsində o İran ayatullahları ilə müharibə apararaq özü bir nömrəli düşmənə çevrildi. Sizcə burada da eyni hadisə təkrarlana bilməzmi?”
Yelena Suponina: “Əgər Əfqanistandakı mücahidlərdən söhbət gedirsə və ABŞ-ın Pakistana yardım edərək, SSSR-ni zəiflətməyə çalışırdısa, o zaman həmin mücahidlərlə Suriyadakı müxalifətçilər eynilik təşkil edir anlamını verir. Burada çox sayda radikallar var. Onların bir çoxları ilə bu gün də ABŞ əməkdaşlıq etməkdədir. Yenə də cihadçıları ipə-sapa yatan və radikal mövqelilərə ayırırlar. Bu ayrıseçkiliyi hətta bir neçə ərəb ölkəsi də tətbiq edir. Bu gün Suriya hakimiyyəti İslam Dövlətinə qarşı aparılan mübarizənin nəticə etibarilə başqa məqsədlərlə tətbiq edilməsindən ehtiyyat edir. Misal üçün Suriya hakimiyyərtini devirmək məqsədi ilə. Lakin Əsəd buna yol vermək istəmir. Çünki bu onun üçün həyati bahasına olan təhlükədir və buna görə də o real olaraq, əməkdaşlıq etməyə hazırdır”.
Jurnalist: “Sizcə, Rusiya bu cür qarışıq Yaxın Şərq düyünündə hansı rolu oynaya bilər? Putin Misirə səfəri zamanı Suriya böhranının həllinə dair yeni danışıqlar mərhələsinə keçdiyini vurğuladı. Ukrayna böhranının qızğın bir vaxtında Putinin Misirə səfərini, sizcə 2013-cü ildəki hadisənin təkrarı kimi qələmə vermək olarmı? Yadınızdadırsa, həmən tarixdəki kimi yenidən Rusiya Suriya kartını istifadə edib, Qərbi Rusiya ilə ittifaqın zəruri olduğunu iddia etməkdən ötrü lazım olduğunu sübut etmək niyyətini nümayiş etdirmişdi. Sizcə Rusiyanın bu planı Qərbin gözündə onun Ukrayna günahlarını silə biləcəkmi?”
Yelena Suponina: “ 2013-cü ildə Moskva Obamanın simasını xilas etməyə müvəffəq olmuşdu. O Suriyaya heç zaman zərbə vurmaq istəməz. Ona görə yox ki, o dünya üzrə Nobel mükafatı namizəddir. Məhz ona görə ki, Vaşinqtonda bütün mövcud zərbələrin hesabı əvvəlcədən aparılıb. Ona görə də, bunun nəticəsi gözlənilməz ola bilərdi. Həm də ona görə ki, Suriyada cihadçılar, hər kəsi təhdid edən və müasir texnika sayəsində bütün Avropada, Asiyada, Ərəb ölkələrində ABŞ-da olan mövcud terrorçuların qruplaşmaları ilə əlbir ola bilirlər. Çox zaman bu təhlükə həddindən artıq qorxunc görünür. İndi Rusiya Suriya böhranı ilə əlaqədar sülh təklif edir. Sizcə Amerika buna razılaşacaqmı? Hələ ki, məlum deyil. Putinin Qahirəyə səfəri zamanı Suriya ilə bağlı bir çox məsələrdə eyni baxış nöqtəsinin olması təsadüf edildi. Bu təsadüflər əvvəlki prezidentlə daha əvvəl olmamışdı. Baxmayaraq ki, rəsmi Moskvanın əvvəlki
prezidentlə də, çox yaxşı iş münasibətləri var idi. Misir və Rusiya prezidentləri Suriya böranını dirənmiş dalandan çıxarmaq üçün sıx koordinasiya haqqında razılığa gəldilər. Onu da qeyd edək ki, Misir ərəb ölkələri arasında yetəri qədər nüfuza malik dövlətdir”.
Jurnalist: “Bununla yanaşı hamı bildirir ki, səfər Misir-Amerika münasibətləri fonunda nisbətən soyuq keçib. Sizcə Qərb hansı şəraitdə Ukrayna böhranına göz yumub, Suriya münaqişəsinin həllində Rusiyanın rolunu nəzərə ala bilər?”
Yelena Suponina: “50:50. Düşünürəm ki, hazırki situasiya 2013-cü ilin payızındakı vəziyyətdən xeyli fərqlənir. O zaman Rusiya Suriyada kimyəvi silah tətbiq etməyi təklif etmişdi. O zaman vəziyyət hələ belə kəskin forma almamışdı.
Hesab edirəm ki, Moskva ilə Qərb arasındakı qarşıdurma Yaxın Şərqdəki bir sıra problemlərin həllinə mənfi təsir göstərəcək. Digər tərəfdən, Ukrayna böhranını son nöqtəyə gəirib çıxarmıyınca, hələ daha əvvəl sovet dönəmində olduğu kimi Yaxın Şərq kollektiv fəaliyyət üçün uyğun meydança kimi istifadə oluna bilər. Əgər bu gün Moskvanı bir çox ərəb ölkələri dəstəkləyirsə, o zaman Səudiyyə Ərəbistanının şahı ilə danışıqlara başlamağa dəyər. Çünki, Səudiyyə Ərəbistanının ərəbləri o qədər də sadə insanlar deyil. Çünki onlar hələ də İranla danışıqlara getməyin nə qədər mümükün olmasını gözdən keçirirlər. 2014-cü ilin payızında 10 ildə ilk kəs sözü gedən dövlətlərin XİN başçılarının görüşü keçirildi. Həmin görüş Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində baş tutmuşdu”.
Jurnalist: “Birdən Qərb Rusiyanın hər şeyə rəğmən müdaxiləsinə razılıq verməzsə, sizcə onun alternativ variantı varmı? Sizcə, münaqişənin həlli üçün Rusiyanın müdaxiləsi mütləqdirmi?”
Yelena Suponina: “Bilirsiz, alternativ variant həmişə var. Lakin həmin variantlar həmişə uğurlu variantlar olmur. Danışıqların alternativi əslində Suriya müharibəsinin davam etməsi olacaq. Qərb koalisiyası bir sıra səbəblərdən dolayı tez və təkbaşına İslam Dövləti məsələsini həll etməyi bacarmayacaq. Ona görə də, alternativ variant kədərli alınır. Bu eyni ilə Ukrayna böhranı ətrafında cərəyan edən vəziyyətə bənzəyir. Ya danışıqlara gedirik, ya da mövcud böhranı ən kəskin vəziyyətə qədər çatdırırıq...”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?