Suriyanın hökumət qüvvələri İslam Dövləti qrupunun nəzarətində olan bölgəni təyyarə, vertolyot və artilleriya silahları ilə atəşə tutub. Məqsəd əldə edilən evakusiya razılığının təmin edilməsidir.
Yaraqlılar Dəməşqin cənub bölgəsindəki son istehkamının geri verilməsinə cümə günü razılıq verib. Lakin təslim olma əməliyyatına hələ başlanılmayıb.
Dövlət Əl-İxbariya televiziyası Həcər Əl-Əsvəd məhəlləsində partlayışlardan ucalan boz tüstünü və təyyarələrlə bölgənin bobardman edildiyi nümayiş etdirib.
Dəməşq sakinləri gecə boyu və gün ərzində bomba səsələrini eşidirb.
Prezident Əsəd paytaxt və ətraf bölgələrdə hərbi kampaniyasına vüsət verib.
Rusiya və İran tərəfindən dəstəklənən Əsəd Şərqi Qutada üsyançılar üzərində qələbədən sonra Dəməşqin yaxınlığında yerləşən və üsyançıların nəzarətində olan aklavlara geri almağa çalışır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?