Dünən blokdan çıxarılan Çeçenistan lideri Ramzan Kadırovun İnstaqram hesabına bu gün giriş mümkün olmayıb.
GundemXeber.Az xəbər verir ki, Ramzan Kadırovun keçən ilin dekabrında bloklanmış səhifəsi dünən bərpa olunsa da, yenidən onun rəsmi İnstaqram hesabına giriş məhdudlaşdırılıb.
Ramzan Kadırovun rəsmi İnstaqram hesabına baxmaq istəyənlər səhifənin silindiyi və ya doğru keçiddən istifadə olunmadığı bildirişi alır.
Xatırladaq ki, Ramzan Kadırovun İnstaqram və Feysbuk hesabı ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya qərarı ilə bağlı paylaşdığı statusdan sonra bloklanmışdı.
O, Teleqramda bu barədə yazaraq təəccübləndiyini qeyd etmişdi: “Sosial media hesablarım rəsmi olduğu üçün onlar təhlükəsizliyimi təmin etməli idi. İnstaqramdan hesabımın geri qaytarılması üçün yardım istədik, amma cavab ala bilmədik. Mənim əsəbləşməyimi gözlədilər. Bu günə qədər ABŞ-dan asılı olmadığını deyən İnstaqramın o statusdan sonra hesabımı bağlaması qəribədir”.
Xatırladaq ki, ABŞ Çeçenistan lideri Ramzan Kadırovu Maqnitski aktına daxil edib. Maqnitski aktı ABŞ-da 2012-ci ilin dekabrından tətbiq edilir. Bu akt insan haqlarını pozan rusiyalılara qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?