ABŞ-ın paytaxtı Vaşinqtonda dəhşətli qətl hadisəsi baş verib.
ABŞ-ın böyük şirkətlərindən birinin prezidenti, arvadı, 10 yaşlı oğlu və qulluqçusu yaşadıqları evdə ölü tapılıb. Amerikalı iş adamı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin evinin yaxımlığında yaşayırdı.
Aparılan istintaq zamanı məlum olub ki, cinayətkarlar evə soxulub içəridəkiləri soyuq silahla öldürüblər. Vaşinqton polisindən verilən məlumata görə, üç nəfərin üzərində bıçaq zərbəsi var. 1 nəfər isə başına küt əşya ilə zərbədən öldürülüb. Cinayətkarlar izlərini itirmək üçün binanı yandırmağa cəhd ediblər.
Hadisə şahidləri binanın ikinci mərtəbəsindən tüstü gəldiyini və dərhal yanğınsöndürən və təcili tibbi yardıma müraciət etdiklərini söyləyiblər. Hadisə yerinə gələn yanğınsöndürənlər qapını sındıraraq mənzilə daxil olublar. Təxminən 25 dəqiqəyə yanğının qarşısı alınıb və daha sonra yaralı insanlar evdən xərəklərdə çıxarılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq iş adamını və ailəsini xilas etmək mümkün olmayıb.
Polisin məlumatına görə, öldürülən iş adamı "American Iron Works" şirkətinin 46 yaşlı prezidenti Savvas Savopolus olub. Bildirilib ki, ailənin iki qız övladı hadisə zamanı evdə olmadıqları üçün təhlükədən sovuşublar. Polis hazırda qızların təhlükəsizliyinin təmin olunduğunu söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?