GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ən çox xarici dil bilən prezidentlər - Ana dilini bilməyən ölkə başçısı kimdir?

Ən çox xarici dil bilən prezidentlər - Ana dilini bilməyən ölkə başçısı kimdir?

Tarix: 10-07-2015, 12:59 Bölmə :Dünya Baxış: 0
Ən çox xarici dil bilən prezidentlər - Ana dilini bilməyən ölkə başçısı kimdir?

Dünyanın müxtəlif dövlətlərinin rəhbərləri idarəetmə ilə bağlı fərqli baxışlara, fərqli strategiyalara malikdirlər. Hər hansı dövləti dünyada tanıtmaq həmin dövlətin başçısının həm də şəxsi xüsusiyyətlərindən asılıdır. Təbii ki, ölkəni idarə etməkdən ötrü həm də mənsub olduğun xalqın dilini yaxşı bilmək də önəmlidir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, müasir dünyada xarici dilləri bilmək hər kəs üçün əlavə üstünlük də gətirir. Görəsən, dünyanın müxtəlif ölkələrinin rəhbərləri ana dilindən başqa, hansı xarici dilləri bilirlər?

Modern.az saytının uzaq tarixdən başladığı araşdırma zamanı məlum olub ki, hətta imperator II Yekatirina doğma alman və rus dillərindən başqa, daha üç dildə danışa bilib.

Proletariatın dahi rəhbəri hesab olunan Vladimir İliç Lenin alman və fransız dillərində sərbəst danışıb. Bu dilləri gimnaziyada öyrənən Lenin, əlavə olaraq latın və yunan dillərini də bilirmiş. Lenin alman dilini mükəmməl bilirdi: o, uzun müddət İsveçrə, Avstriya-Macarıstan və Almaniyada yaşamışdı. Burada fəal siyasi fəaliyyətlə məşğul olub, mühazirələr oxuyub, məruzələr və siyasi çıxışlar edib. O, fransız dilində də oxumağı və yazmağı bacarıb, fikrini sərbəst şəkildə ingiliscə də ifadə edirmiş. Proletariatın dahi rəhbəri ingilis dilini də sərbəst öyrənibmiş. O, amerikalı attaşe, polkovnik Robinson və britaniyalı konsul Lokkartomla tərcüməçi olmadan danışa bilib. İtaliya qəzetlərini oxuyurmuş..

Lenin özü isə dil bilmə qabiliyyətini bu sözlərlə qiymətləndirib: “Yalnız üç dili pis bilirəm”.

Daha bir iddiaya görə, Lenin Polşa və İtaliya dilində oxuya bilib, İsveç və çex dillərini də başa düşüb. Lenin İtaliyaya gedərkən italyanca ünsiyyət qururmuş, ancaq bunu nə qədər sərbəst bacardığı məlum deyil.
Linqvistlərin qənaətinə görə, Lenin 11 dil bilib.

Rusiya-Türkiyə dostluq və sahibkarlıq assosiasiyasının nəşr etdiyi “Most” (Körpü) jurnalında verilən bir xəbərə görə, SSRİ-nin digər rəhbəri İosif Stalin iki ili Türkiyədə keçirib və türk dilini bilib. 1910-cu il hadisəsindən – çar rejiminə qarşı uğursuz üsyandan sonra Stalin Batumi vasitəsilə Türkiyəyə qaçıb.

Bir mənbənin məlumatına görə, Stalin gürcü, rus, qədim yunan, latın, alman, fars, fransız dillərini bilib. Digər mənbə iddia edir ki, Stalin gürcü və rus dillərindən başqa, alman dilində oxuya bilib, latın, qədim yunan, kilsə-slavyan dillərini öyrənib, fars və erməni dillərini də başa düşüb. 20-ci illərin ortalarında isə fransız dili ilə məşğul olub.

Bəs müasir dünyanın ayrı-ayrı ölkələrinin liderləri neçə dil bilir?

Almaniyanın kansleri Anqela Merkel alman dilindən başqa, rus dilini də çox yaxşı öyrənib. Şahidlərin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə həvəslə rus dilində danışır. Ancaq rəsmi danışıqları tərcümə olunur, bu, kiçik anlaşılmazlıqlara yol verməmək üçün edilir. Merkel nadir halda ingiliscə danışsa da, bu dili çox yaxşı bilir.

Fransa prezidenti Fransua Olland fikirlərini insanlara fransız dilində savadlı şəkildə başa salır. Olland ingilis dilində bilsə də, hiss olunacaq ləhcə ilə danışır.

İngiltərənin baş naziri Devid Kemeronun dünyada əsas ünsiyyət vasitəsi hesab olunan ingilis dilindən başqa dili bilməsi haqda rəsmi məlumat olmasa da, fransız dilini öyrəndiyi istisna edilmir. Onun ingiliscə aristokratlara məxsus tələffüzlə danışdığı bildirilir.

ABŞ prezidenti Barak Obama ciddi siyasi fəaliyyətə başlayana qədər yalnız ingilis dilini bilib. Bir çoxları iddia edir ki, Obama ingilis dilinin yalnız danışıq səviyyəsində bilir, hətta yazılı mətni oxumağı belə, bacarmır.
Onun nümayəndələrinin bəyan etdiyinə görə, Obama indi alman və fransız dilində də danışır, hətta gələcəkdə rus dilini öyrənmək niyyətindədir.

Azərbaycan prezidenti İlham Əliyev doğma Azərbaycan dilindən başqa, rus, ingilis, fransız və türk dillərini bilir.

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko fikirlərini rus dilində təmiz ifadə edir. Onun Ukrayna dilində də səhvsiz danışdığı vurğulanır. Poroşenko ideal olmasa da, ingilis dilində də ünsiyyət qurmağı bacarır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər hansı əcnəbi dili bilməsi ilə bağlı birmənalı məlumat yoxdur. Məsələn, 2014-cü ilin noyabr ayında Ərdoğanın Finlandiyanın keçmiş dövlət başçısı Martti Ahtisaari və xarici işlər naziri Erkki Tuomiojanı qəbul etdiyi zaman ingiliscə danışması diqqət çəkib. Bundan sonra sosial şəbəkədə Ərdoğanın ingiliscə danışması müzakirə edilib. Onun ingiliscə danışığını təqdir edənlərlə yanaşı, gülməli olduğunu iddia edənlər də tapılıb. Bəzi məlumatlara görə, Ərdoğan müəyyən qədər ərəbcə də bilir.

Ermənistan prezidenti Serj Sərkisyan doğma erməni dilindən savayı, rus və ingilis, eləcə də türk və Azərbaycan dillərində də danışa bilir.

Gürcüstanın dövlət başçısı Qeorqi Marqvelaşvili gürcü dilindən başqa, rus və ingilis dillərini bilir.

Belarus prezidenti Aleksandr Lukaşenkonun xarici dil bilməsi məsələsi gündəmə gələndə köhnə bir lətifəni xatırladırlar:

- Aleksandr Qriqoryeviç, siz neçə dil bilirsiniz?
- Üç: rus, ingilis və Belarus.
- İngiliscə nəsə bir söz deyin.
- Hende hox!
- Axı, bu almancadır?
- Onda dörd dil bilirəm.

Belarus lideri sözün həqiqi mənasında rus dilini yaxşı bilir. Onun milliyyətcə belarus olmasına baxmayaraq, ana dilini bilmədiyi iddia edilir. Kağızda yazılanı oxuya bilir, bir neçə söz deyə bilər, ancaq heç vaxt heç kim onun tribunada doğma belarus dilində sərbəst danışdığını eşitməyib.
Lukaşenko Belarus dilindən söz düşəndə deyir: “Belarus dilində danışan insanlar, bu dildə danışmaqdan başqa heç nə edə bilmirlər, ona görə ki, belarusca böyük mənada heç nə anlatmaq mümkün deyil. Belarus dili kasıb dildir. Dünyada yalnız iki böyük dil mövcuddur – rus və ingilis”.

Aleksandr Lukaşenko prezident seçiləndən sonra Belarusda milli dil problemi milliləşdirilib. Belarus dilli məktəbləri bağlamağa başlayıblar, indi bu ölkədə məktəblilərin yalnız 20 faizi doğma dilində təhsil alır.

Qazaxıstan prezidenti Nursultan Nazrbayev çox yüksək səviyyədə ana dilini və rus dilini bilir. Onun digər dillərdə danışdığını isə heç kim heç vaxt eşitməyib. Ancaq bəzilərinin fikrincə, Nazarbayev hansısa səviyyədə ingilis dilində danışmağı bacarır.

Litva prezidenti Dalya Qribauskayte doğma dili ilə yanaşı ingilis, Polşa, rus və fransız dillərində sərbəst danışır.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov doğma türkmən dilindən savayı, yalnız rusca bilir.

Estoniya prezidenti Toomas Hendrik İlves ana dilindən başqa İsveç dilini də bilir.

İran prezidenti Həsən Ruhani fars dilindən başqa rus, ərəb, fransız, alman və ingilis dillərini öyrənib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda nazirlər neçə dil bilir-SİYAHI

    Azərbaycanda nazirlər neçə dil bilir-SİYAHI ...

    1-11-2013, 09:42

  • 
  • Lenin gecələr mavzoleydə yerində tərpənir - ŞOK - VİDEO

    Lenin gecələr mavzoleydə yerində tərpənir - ŞOK - ...

    30-10-2015, 12:09

  • 
  • UNESCO: Rusiya Federasiyasında 50-dən çox etnik dilin kökü kəsilmək üzrədir

    UNESCO: Rusiya Federasiyasında 50-dən çox etnik ...

    9-10-2019, 10:47

  • 
  • Tramp ingilis dilini ABŞ-ın rəsmi dili elan edən fərman imzalayıb

    Tramp ingilis dilini ABŞ-ın rəsmi dili elan edən ...

    12-03-2025, 15:42

  • 
  • Rejimin ən böyük xəyanəti

    Rejimin ən böyük xəyanəti ...

    25-02-2013, 11:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu