GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran rejimi bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub

İran rejimi bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub

Tarix: 13-02-2013, 10:32 Bölmə :Dünya Baxış: 754
İran rejimi bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub

Xomeyni inqilabıyla qurulan iqtidarın cinayətləri

Beynəlxalq Tribunalın yenicə açıqlanmış hökmündə 1979-cu il İran İslam İnqilabından bəri hakimiyyətdə olan rejim bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub. Ötən oktyabr ayında Haaqanın Sülh Sarayında keçirilmiş İran Tribunalının hökmü bu həftəsonu elan edilib.
İran hökumətinin opponentləri bildirirlər ki, belə bir hökm İslam Respublikasını 1980-ci illərdə törədilmiş kütləvi qətllərə görə hüquqi baxımdam məsul edir. Hüquqşünaslar deyirlər ki, bu qərar, Beynəlxalq Cinayətlər Məhkəməsinin 2002-ci il tarixli Roma Qanununa əsasən bütöv bir ölkənin beynəlxalq qanunları pozması barədə hökm çıxarılması kimi presedent yaradır.
Tribunalın qərarında deyilir: “dinləmələrdə verilmiş ifadələr belə bir faktı isbat edir ki, cinayətlər ali dini rəhbərdən tutmuş həbsxanalarda edamları icra edənlərədək İran Respublikasının agentləri tərəfindən, beynəlxalq qanunlara zidd olaraq törədilmişdir”. İran Tribunalının ittihamçıları Tehranı “insan haqlarının nəhəng miqyaslarda pozulmasında” günahlandırmışlar.

Bir fitvanin minlərlə qurbanı

Buraya 1988-ci ildə 5 min, 1981-1984-cü illərdə 12 min siyasi məhbusun edamı, fiziki və psixoloji işgəncələr, siyasi dissidentlərin, etnik və dini azlıqların təqibi, azadlıqdan məhkəməsiz məhrumetmələr, tələm-tələsik qondarma məhkəmələr, qəddar, qeyri-insanı və alçaldıcı rəftar daxildir.
Tribunalın hökmündə deyilir ki, pozuntular dövlət rəsmiləri, hakimlər, prokurorlar, həbsxana rəsmiləri, işgəncə verənlər və dindirənlər tərəfindən dövlət idarələrinin divarları arasında və dövlət rəsmilərinin birbaşa göstərişləri əsasında icra edilmişdir.
Tribunalın hökmündə bir məqam maraqlıdır ki, insan haqlarının pozulması yeganə mərkəz - hakimiyyət tərəfindən törədilib və bu, bütöv bir ölkəni – İranı məsul etmək imkanı yaradır. İran Tribunalının sənədlərində deyilir ki, minlərlə siyasi məhbus ali dini rəhbər Ayətullah
Khomeini-nin fitvası əsasında icra edilmişdir. Şahidlər Tribunala onlara qarşı törədilmiş işgəncələr və təqiblıər haqqında təfərrüatlı məlumat vermişlər.
Bu məlumatlardan bəlli olur ki, 1980-ci ildə və 1988-ci ilin yaylında Khomeini-nin fitvası ilə minlərlə adam ucdantutma edam edilmişdir. Şahidlər həmçinin İran həbsxanalarındakı ölüm dəhlizlərindən, bir neçə dəqiqə çəkən qondarma məhkəmələrdən və psixoloji işgəncə növü olan “məsxərə edamlar”dan danışmışlar.
Məhkəmə dinləməsini beynəlxalq insan haqları üzrə təcrübəli hakimlər aparıblar. İran hökuməti bu məhkəmədə iştirak etməkdən boyun qaçırıb.Ekspertlər deyirlər ki, bu, hazırda hakimiyyətdə olan rejim barədə çıxarılan ilk belə hökmdür.

“İslam srebrennitsasi”

Əlavə məlumat üçün deyək ki, sözügedən Tribunal vaxtilə Bertrand Russel və Jean-Paul
Sartre-ın təşəbbüsü ilə Amerikanın Vyetnamdakı hərbi cinayətlərini araşdırıb. “The İndependent” qəzeti yazır ki, İran barəsində keçirilmiş məhkəmə əsnasında isə İslam rejimini “İranın Srebrennitsası” adlandırıblar. Bu Bosniya şəhərində Bosniya serb qüvvələrinin komandanı Ratko Mladic müsəlmanlara qarşı qətliyamlar törətmişdi. İranda isə bunu müsəlmanlar müsəlmanlara ediblər. Tribunalın britaniyalı hakimi, Tribunal Baş Komitəsinin üzvü lord Geoffrey Nice “The İndependent” qəzetinə bildirib ki, dünyada bir neçə belə tribunal məhkəmələri gedir, lakin İrana aid məhkəmə fərqlidir. Bu mühakimənin nəticələrini rejimin qurbanları, məsələn, Avropada mühacirətdə olan İranlılar görəcəklər. Hakim bildirib ki, tribunalda çox sayda İranlı siyasi mühacirin ifadələri dinlənilib. Qəzet yazır ki, İranda ilk kütləvi edamlar artıq 1981-ci ildə geniş vüsət alıb. Ayətüllah Khomeini onunla birlikdə şah rejimini yıxmış solçuları edam edirdi.

Bakirələrin edamı

Hazırda Toronto Universitetində siyasi fəlsəfədən dərs deyən xanım Shekoufeh Sakhi ifadə verərkən ona qarşı tətbiq olunmuş işgəncə növündən danışıb. İran həbsxanalarında bu işgəncə metoduna “tabut” deyirdilər. Məhbusları doğrudan da tabuta bənzər dar qutulara yerləşdirir, saatlarla bu vəziyyətdə saxlayırdılar. Kiçicik bir hərəkət, məsələn, öskürmək daha ağır işgəncələrə səbəb olurdu.
Məhbusun “tabut”da olduğu müddətdə səsucaldanlar ona İslam dəyərləri və şəriət qanunları barədə “dərs” verirdilər. Aylarla davam edən belə işgəncələr, məhbusarın beynini bütün zərərli ideyalardan “yuyub təmizləməli” idi.
Edamqabağı zorlamalar prosedur halını almışdı. Məsələn şəriət qanunları bakirələrin edamına icazə vermirdi. Onda həbsxana baxıcıları və cəlladlar edam qarşısında son maneəni özləri aradan qaldırıdılar. Lord Geoffrey Nice bildirib ki, Avropa məhkəməsi öz işini gördü. İndi öz xüsusi komissiyasını yaratmaq növbəsi BMT-dədir.

Şüar və şillə

Tribunal vaxtına çəkər deyiblər. Hər ilin fevralında İranda İslam Respublikasının ad günü böyük təntənə ilə qeyd edilir. Və hər il bu vaxt təhsil müəssisələrində İran təbirincə desək “şəbih teatrları” qurulur. Hətta ibtidai məktəblərdə də. Belə səhnəciklərin süjeti kifayət qədər bayağıdır.
Şagirdlər məktəb zalının səhnəsində İslam inqilabını, nümayişləri, şah gülləbaranını canlandırırlar. Və belə tamaşaların adətən eyni bir final səhnəsi olur. İştirakçılar yumruqlarını havaya qaldırır və “Məhv olsun şah” deyə qışqırırlar.
Balaca Şəhri-Kürd yaşayış məntəqəsində keçirilən belə məktəb tamaşalarından birində, final səhnəsində 9 yaşlı iştirakçılardan biri yumruğunu qaldırıb, di gəl, “məhv olsun şah” əvəzinə çaşıb “məhv olsun Khomeini” çığırıb… Tamaşa zalında ağızları açıq qoyan heyrətin ardınca gülüş və alqışlar qopub. Lakin məktəb direktoru son səhnəyə son düzəliş vermək üçün həmin uşağı sillələməyə başlayıb.
Amma indi başqa zamandır. Hətta İranda da. Bir neçə valideyn səhnəyə qalxaraq məktəb direktorunu yaxşıca əzişdiriblər. Ən böyük diktaturalar, ən böyük məsxərələrlə qurtarır.
Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər edəcək

    İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər ...

    4-02-2013, 10:18

  • 
  • İran səfirliyi yenə çaşdı

    İran səfirliyi yenə çaşdı ...

    7-12-2012, 15:38

  • 
  • İŞİD İran sərhədində

    İŞİD İran sərhədində ...

    5-02-2015, 01:35

  • 
  • İran Suriyaya 4 min əsgər göndərir

    İran Suriyaya 4 min əsgər göndərir ...

    16-06-2013, 23:58

  • 
  • İran paytaxtını dəyişir

    İran paytaxtını dəyişir ...

    24-12-2013, 14:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu