Aparıcı dünya KİV-ləri Taleh Heyrədovun və Anar Məmmədovun beynəlaxlq təşəbbüsləri haqqında yazır, amma bu sahibkarların hansı vəsaitlə ölkəsini təmsil etdiyinin təfsilatına varmır
Heç kim sual etmir ki, Heydər Əliyev Fondu nədir və onun maliyyə mənbələri haqqında məlumat niyə gizlidir
Bu günlərdə Fransanın şimal-qərbində norman kəndlərindən birində San Pattern kilsəsi (11-12-ci əsrlər) orijinal görünüşünə qovuşacaq. Onun bərpası üçün vəsaitin bir hissəsini Heydər Əliyev Fondu ayırıb. Müstəqil jurnalist Reji Gent eurasianet.org saytında“Bakı Fransada mədəniyyət diplomatiyası yürüdür” adlı məqalədə bununla bağlı Fransa KİV-lərindən birində geniş reklam olduğunu yazır. Fransada Azərbaycanın “mədəniyyət diplomatiyasının” başlanğıcı İlham Əliyevin 2008-ci ildə prezident seçkiləri qabağı kampaniyası ərəfəsinə gedib çıxır. 2007-ci ildə fond Versal sarayında zalların və reporoduksiyaları bir hissəsinin bərpasına başlayıb (məbləğ ictimaiyyətə açıqlanmayıb). İki il sonra fond Strasburq müqəddəs Mrəyəm kilsəsində üç vitrajın bərpası üçün 40 min avro (53 min 776 dollar) bağışlayıb. Daha sonra Luvra bir milyon avroluq (1,34 mln. dollardan çox) bəxşiş gəlib. Bundan başqa, Fransada “Azərbaycan dostları”nın himayəsi ilə 150 min avro dəyərində sponsor tədbirləri və festivallar keçirilib. Oxucular Azərbaycanı məşhurlaşdırmaq məqsədilə YUNESKO səviyyəsində keçirilən yubileyləri, konsertləri, sərgiləri xatırlayırlar. Vəziyyəti və Əliyevlər ailəsinin dünyaya tanıtmaq istədiyi personajları daha yaxından tətqiq etdikdə aydın olur ki, bütün bu təmtəraq və səs-küyün yerli və beynəlxalq hüquq müdafiəçilərini susdurmaq və Qərbdə “İslam ekstremizminin xaosu fonunda sabit demokratiya” imici formalaşdırmaq üçün yaradılır, deyə müəllif yazır. Bu gün bütün aparıcı dünya KİV-ləri Taleh Heyrədovun (Kəmaləddin Heydərovun oğlu) və Anar Məmmədovun (Ziya Məmmədovun oğlu) beynəlaxlq təşəbbüsləri haqqında yazır, amma bu sahibkarların haradan “çıxdığının” və hansı vəsaitlə ölkəsini təmsil etdiyinin təfsilatına varmır. Heç kim sual etmir ki, Heydər Əliyev Fondu nədir və onun maliyyə mənbələri haqqında məlumat niyə gizlidir. AŞPA-nın bu yaxınlarda keçirilən qış sessiyasını və “Ştrasserin siyahısı” üzrə səsvermənin nəticələrini hamı yaxşı xatırlayır. Söhbət insan hüquqlarından, siyasi məhbuslar və vicdan məhbuslarından, rəsmi Bakı hakimiyyətinin bu problemə münasibətindən gedirdi. Həmin vaxt deputatların əksəriyyəti (125-in 74-ə) alman parlamentarinin qətnamə layihəsini dəstəkləməyib və onlar arasında 7 fransız var idi, deyə material müəllifi yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?