Ərazi mübahisəsi ucbatından Cənubi Çin dənizində yaranacaq savaş heç bir ölkəyə lazım deyil.
Bunu ASEAN ölkələrinin Manilada keçirilən sammitində Filippin Prezidenti Rodriqo Duterte söyləyib. “Çin hazırda dünyada iqtisadiyyat baxımından 1 nömrədir. Biz gərək dost olaq. Bəzi şəxslər var ki, bizim Çinlə münaqişəmizi istəyirlər. Cənubi Çin dənizi probleminə toxunmamaq daha yaxşı olardı. Heç kimə hətta Rusiya, Çin, Britaniya, ABŞ-a da müharibə gərək deyil”, – o bildirib. Qeyd edək ki, Filippin ABŞ-ın Sakit okeanda əsas müttəfiqlərindən biri hesab edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?