Ukrayna dövlət başçısı Pyotr Poroşenko İspaniyaya qaçmağa hazırlaşır. “Gündəm Xəbər” tvzvezda.ru saytına istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının sabiq deputatı Vladimir Oleynik çıxış edib. Belə ki, Ukrayna prezidentini ölkədən qaçmağa çalışmaqda ittiham edən sabiq deputat özünün feysbuk səhifəsində paylaşdığı məlumatda Poroşenkonun İspaniyaya pul və sənət əsərləri ilə dolu iki təyyarə göndərdiyini bildirib. Oleynik bu məlumatı gömrük işçilərindən və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarından aldığını da qeyd edib: “Poroşenko hər kəsi sadəcə əl baqajı ilə qaçdığına inandırmağa çalışacaq”. Sabiq deputatın sözlərinə görə, iki təyyarə dolu pul və sənəd diplomatik yük kimi qeydiyyata alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?