Suriyanın önəmli neft bölgəsi olan Tirbəsiyə mahalında yerləşən neft quyularının PKK-nın əlinə keçdiyi iddia edilir
Musavat.com-un xarici xəbər mənbələrinə istinadən verdiyi xəbərə görə, Suriyanın önəmli neft bölgəsi olan Tirbəsiyə mahalında yerləşən neft quyularının PKK-nın əlinə keçdiyi iddia edilir. PKK –nın Suriya qolu olan PYD-nin əlində olduğu iddia edilən Tirbəsiyə mahalında yerləşən neft quyuları Diyari Topa kəndində, Qamışlı ərazisinin cənub qərbində yerləşir. Bir həftədir PKK-nın Suriya qolu PYD-nin nəzarəti altında olan Diyari Topa kəndindəki neft quyularını qoruyan Suriya əsgərləri dünəndən etibarən geri çəkilmək məcburiyyətində qalıb. Beləliklə də, Kamişlo şəhərinə bağlı Tirbəsiyə mahalının çöllük əraziləri PKK-nın əlinə keçib. Bu bölgə Əsəd rejimi üçün ən çox önəm kəsb edən bölgələrdən biridir. Buradakı neftlə zəngin quyulardan çıxarılan neft, Suriyanın Homs və Banyas şəhərlərinə göndərilirdi. Xatıqladaq ki, PKK peşmərgələri daha öncə də Suriyanın şimalında yerləşən və ölkənin ən önəmli neft bölgəsi olan Rumelanda da neft yataqlarını ələ keçirmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?