Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-nə kimi ləğv olunacaq
gundemxeber.az Rusiya paytaxtında bazarların əksəriyyəti ləğv olunacaq. Bu barədə paytaxt meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-nə kimi ləğv olunacaq: “Biz paytaxtda yerləşən bazarların çox hissəsini ləğv edirik. Artıq bu iş bitmək üzrədir. Moskvada yerləşən kiçik bazarların hamısı yığışdırılacaq. Şəhərin müəyyən yerlərində topdan və pərakəndə satış mərkəzləri yaradılacaq. Böyük bazarların sahibləri isə yaxın aylar ərzində yenidənqurma planlarını bizə təqdim etməlidir. Bundan sonra onların fəaliyyətini davam etdirib-etdirilməməsinə baxılacaq”. Qeyd edək ki, Moskvada yerləşən kiçik bazarların əksəriyyətində azərbaycanlılar işlədiyindən bu qərar həmvətənlərimizə də təsirsiz ötüşməyəcək. Xeyli sayda azərbaycanlı vətənə qayıtmaq məcburiyyətində qala bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?