Moskva regionunda fəaliyyət göstərən 550 bazardan 10 faizi bağlanacaq. Bunu Moskva regionu hökumətinin İstehlakçılar və Xidmət Bazarı naziri Yekatirina Semyonova deyib.
Moskva regionunda rəsmi qeydiyatdan 211 bazar keçdiyi halda, qeyri-rəsmi 550 bazar fəaliyyət göstərir. 209 bazarda keçirilən yoxlamalar göstərib ki, bunlardan 29-u standartlara uygun qaydada çalışır.
Bazarların bağlanmasının başlıca səbəbinin korrupsiya ve vergidən yayınma olduğunu deyən rusiyalı nazir, bağlanan bazarların yerində daha müasir ticarət mərkəzlərinin tikiləcəyini bildirib. Bazarların bağlanması ilə sonuncu iş yerlərini itirəcək olan insanlar üçün də müvəqqəti stasionar ticarət mərkəzləri açılacaq.
Y. Semyonova: bildirib ki, bazarlardan çıxarılmış insanlar üçün sosial paket hazırlanıb: “Onlar üçün xüsusi stasionar satış mərkəzləri açılacaq. Müvəqqəti fəaliyyət göstərəcək və gözəl görünüşü ilə seçiləcək bu mərkəzlərin sayını 11 mindən 35 minə çıxaracağıq. Bazarlardan çıxarılan iş adamları müsabiqə yolu ilə bu mərkəzlərdə işinə davam edə biləcəklər”.
Bazarların bağlanmasından ən böyük zərəri həmyerlilərimizə toxunacağını deyən azərbaycanlı hüquqşunas Nizami Bəşirov azərbaycanlıların alternatif ticarət yerləri tapa biləcəklərinı inandığını deyir. Moskvalılar isə bazarların bağlanması məsələsinə birmənalı yanaşmırlar.
Qeyd edək ki, Moskva ətrafındakı bazarlarda 500 minə yaxın azərbaycanlı pərakəndə ticarətlə məşqul olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?