İranda keçiriləcək prezident seçkiləri ərəfəsində indiki dövlət başçısı Mahmud Əhmədinejada dövlət televiziyasının qapıları bağlanıb.
Ölkənin ali dini lideri ayətulla Seyid Əli Xamneyinin tam nəzarətindəki dövlət telekanallarına M.Əhmədinejadla bağlı süjetlərin geniş reklamı və təqdimatı yasaqlanıb.
“Gündəm xəbər” Milliyet-ə istinadən bildirir ki, İran prezidenti M.Əhmədinejad və ölkəni ali dini lideri ayətulla Xamneyi arasında münasibətlər çox pisləşib. Tərəflər "media savaşı"na başlayıblar.
Ötən ay M.Əhmədinejadın paytaxt Tehrandakı "Azadi" stadionunda keçirdiyi mitinqdən reportaj nümayiş etdirən İRİB dövlət telekanalı tribunaların yarıdan çoxunun boş olduğunu göstərib.
Əhmədinejadın rəsmi saytındakı videoda isə 100 min nəfərlik tribunalardakı yerlərin əksəriyyətinin "dolu" olduğu nümayiş etdirilib.
İyunun 14-də keçiriləcək prezident seçkiləri ərəfəsində ayətulla Xamneyinin başçılıq etdiyi "mühafizəkarlar" düşərgəsi çox fəallaşıb.
Üstəlik, M.Əhmədinejadın qudası və İsfəhan vilayətinin valisi olan İsfəndiyar Rəhim Məşainin prezidentliyə namizədliyi qeydə alınmayıb. İ.Məşai barədə dövlət telekanallarındakı reportaj və xəbərlərə də məhdudiyyət qoyulub.
"Keyhan" qəzeti və İRNA dövlət informasiya agentliyi də artıq M.Əhmədinejadı "vurmağa" başlayıblar.
Lenziran portalının redaktoru Manuçöhr Honarmənd deyir: "Dövlət telekanalları Mahmud Əhmədinejadın ölkə daxilindəki səfərlərini göstərmirlər. Əhmədinejadın keçirdiyi mitinqlərdə də dövlət telekanalları, saytlar və qəzetlər boş tribunaları çəkməyə başlayıblar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?