GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Cənubi Qafqazda qlobal gərginlik

Cənubi Qafqazda qlobal gərginlik

Tarix: 8-04-2013, 10:42 Bölmə :Dünya Baxış: 851
Cənubi Qafqazda qlobal gərginlik

Qarabağ müharibəsi KTMT və NATO arasında qarşıdurmaya gətirib çıxara bilər

Cənubi Qafqazda gedən proseslər bir sıra dövlətlərin maraq poliqonuna çevrilib. Xarici ekspertlər burada cərəyan edən hadisələrə müxtəlif prizmalardan yanaşırlar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin sabiq köməkçisi, Kiyevdəki Vətəndaş Cəmiyyəti Araşdırmalar Mərkəzinin beynəlxalq təhlükəsizlik üzrə eksperti Yelena Sindeyeva Cənubi Qafqazdakı vəziyyəti təhlil edərək bildirib ki, ziddiyyətli proseslərin cərəyan etdiyi bu regiona «parlaq siyasi region palitrası» adını vermək olar.
Üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Ermənistan və Gürcüstan) xarici sərhədlərinin 3 000 km. təşkil etdiyini vurğulayan ekspert vurğulayıb ki, burada dostluq məsafəsi cəmi 9 km təşkil edir və bu hissə də Türkiyə ilə Azərbaycanın payına düşür: «Bu zolaqda dostluq münasibətləri yalnız kiçik bir hissə təşkil edir. Bu Türkiyə və Azərbaycan arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq, eləcə də hərbi sahədə əməkdaşlığının inkişaf etməsilə bağlıdır. Buna görə də, regionda münasibətlərin müəyyən tendensiyası «ayırıcı dominant»dır. Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də Türkiyə və İran arasında münasibətlərdə ziddiyyət regional təhlükəsizliyi, stabiliyyi pozan faktorlardır. Gürcüstan ilk baxışda regionda uğurlu ölkə sayıla bilər ki, Türkiyə və Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələri var. Yalnız Gürcüstanın və Ermənistanın İranla neytral münasibətləri mövcuddur. Amma regional münasibətlədə Tiflis üçün əsas problem Gürcüstanın əsas düşməni olan Rusiyadır. Münasibətlərdə mürəkkəblik və iki ölkə rəhbərliyinin kəskin mövqeləri regionda təhlükəsizliyin təhdid edir. Rusiya hələ də bölgədə hadisələrə təsir etməyə çalışır. Kreml manevr, arbitr səlahiyyətləri ilə onlar üzərində nəzarəti ələ almaq niyyətindən əl çəkməyib. Rusiya əvvəlki kimi hərbi təzyiq imkanlarından, «silah» gücündən, xüsusilə də «yumşaq güc»dən istifadə etməyə çalışır. Bu ilin fevralında Rusiya prezidenti Vladimir Putin Xarici Siyasət Konsepsiyasını Təhlükəsizlik Şurasının üzvlərinə təqdim etdi. Konsepsiya müasir formalar və iqtisadi diplomatiya, qlobal informasiya axınlarına və diqqətli inteqrasiya elementlərinin tətbiqinə, o cümlədən xarici siyasət metodlardan istifadəyə yönəlmişdir. Ola bilər ki, bu Cənubi Qafqazda Rusiyanın xarici siyasətində yeni bir mərhələ olacaq».
Yelena Sindeyeva daha sonra Dağlıq Qarabağ münaqişəsinin həllini münasibət bildirib: «Dağlıq Qarabağ münaqişəsi, son 25 il ərzində bütün Qafqaz üçün bir daşa çevrilib. İndi bu problemin həlli üçün dəqiq resept vermək çətindir. Uzun müddət münaqişə tərəfləri müharibə başlamazdan öncə yan-yana yaşayıb. Müharibəni başlamaq üçün xırda bir təxribat lazımdır, bu zaman nə baş verə bilər? Sual yaranır, hansı ölkələr kimə dəstək olacaq? Üçüncü, dördüncü, beşinci ölkə meydana çıxacaqsa və kim bilir onlar hansı ölkələrə dəstək olacaqlar. Ermənistan və Azərbaycan sıradan dövlətlər deyillər, haradasa dünyanın «neytral» hissəsidirlər, bu bölgə geopolitik oyunçuların marağındadır. Onun neft və qaz ehtiyatları, əsas nəqliyyat dəhlizi olması, Rusiya və İran aralığında yerləşməsi maraqları stimullaşdırır. Hətta üçüncü tərəf sayıla biləcək ölkələr də artıq bu regionda gələcək hadisələrin gedişinə təsir etməkdə maraqlıdırlar. Son aylarda Dağlıq Qarabağ münaqişəsi mövzusu getdikcə daha gündəmə gətirilir. Aydın görünür ki, Qarabağ münaqişəsi tədricən Qafqaz coğrafiyasında daha geniş məkanda maraqları özünə cəlb edir və yeni bir mərhələyə keçir. Həll edilməz ziddiyyətlər fonunda Dağlıq Qarabağ münaqişəsi həm beynəlxalq, həm də qlobal və regional maraqlar dairəsinə daxil olur. KTMT (Ermənistan), GUAM (Azərbaycan), NATO (Türkiyə, ABŞ), İsrail, İran, Rusiya artıq bu münaqişənin əhatə dairəsindədir».
Bəs münaqişənin həllinə hansı formada nail olmaq mümkündür? Danışıqlar nəticə vermədiyi təqdirdə hərbi variantın reallaşması region üçün nə vəd edir. Ekspert bu suallara cavab verərkən, ilk növbədə Azərbaycanın hərbi qüvvəsini artırması və regionda güc balansını dəyişmək niyyətində olmasına diqqət yönəltdi: «2012-ci ildə Azərbaycanın hərbi xərcləri 3,2 milyard dollara çatmışdır. Bakı siyasi və diplomatik sazişlərdən istifadə edir. Türkiyə ilə 16 avqust 2010-cu il tarixdə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma imzalanıb. Bu razılaşma ilə Azərbaycan və Türkiyə bütün mümkün vasitələrdən istifadə edərək, bir-birinə qarşı silahlı hücum və ya təcavüz zamanı qarşılıqlı yardımdan yararlana biləcəklər. Əgər İrəvan Azərbaycanın faktiki olaraq beynəlxalq aləmdə tanınmış ərazisinə aid olan Dağlıq Qarabağa birbaşa hərbi yardım etsə, onda Türkiyə Azərbaycanın tərəfində müharibəyə qoşulmaq məcburiyyətində olacaq.
Bu, öz növbəsində, KTMT və NATO arasında qarşıdurmaya gətirib çıxara bilər. Ermənistana gəldikdə isə o, status-kvonun belə mövcudluğunda maraqlıdır. Oyun qaydalarına uyğun olaraq Ermənistan da silahlanma yarışına qatılıb. 2012-ci ildə Ermənistanın hərbi büdcəsi — $ 400 milyon (ÜDM-in təxminən 17%) təşkil edib. Ermənistana dünyada böyük təsir imkanlarına malik diaspora da dəstək verir. Ermənistanın fəal xarici siyasətində diasporanın payı ağırlıq təşkil edir. Hələ 11 sentyabr 2001-ci ilə qədər (düzəliş müvəqqəti ləğv edilib), Azərbaycana yardımı qadağan edən «Azadlığa Dəstək Aktı» 907-ci düzəliş məhz diasporanın sayəsində qüvvəyə minmişdi. Bu gün ABŞ dövlət katibi Con Kerri Konqresdə ermənilərin maraqlarını dəstəkləyən qrupun fəal üzvüdür. O faktiki olaraq lobbinin adamı hesab olunur. Zənnimcə, hələ bir müddət də status-kvo davam edəcək».
KTMT-nin münaqişədə tərəf kimi iştirakının mümkünlüyünə gəlincə, Yelena Sindeyevanın qənaətinə görə, təşkilata üzvlük ona əsas verir ki, Azərbaycan Ermənistana qarşı hərbi vasitəyə əl atarsa, KTMT bu münaqişəyə cəlb olunsun. Amma Dağlıq Qarabağın Ermənistanın yuridiksiyasında olmadığı faktını da unutmaq olmaz. Amma bütün hallarda Qarabağ münaqişəsi beynəlxalq iştirakçıların maraqlarının toqquşduğu poliqondur. Ona görə də bu münaqişə həll olunmamış qalır».
Rusiya-Gürcüstan münasibətlərinin regiondakı münaqişələrə təsirinə gəlincə ekspert ildirib ki, 2013-ci ilin ilk dekadasında Rusiya və Gürcüstan arasında münasibətlərdə əhəmiyyətli dəyişikliklər baş verəcək: «Son üç ay ərzində Gürcüstanın xarici siyasətində Rusiyaya münasibətdə əsaslı dəyişikliklər olub. Tiflis Moskva ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Belə ki, Gürcüstan hökuməti bildirib ki, «İşğal olunmuş ərazilər haqqında» qanuna dəyişikliklər olacaq. Hansı ki, bu qanun Rusiya-Gürcüstan münasibətlərini hüquqi şəkildə dayandırır. Gürcü hökuməti Cənubi Osetiya və Abxaziya (23 oktyabr 2008-ci il) ilə bağlı qanun pozuntularına görə cəzanın yumşaldılacağını vəd edir. Yeni Gürcüstan hökuməti tərəfindən belə bir addım ona görə atılır ki, Moskvada Tiflisin güzəştə getməyə hazır olduğuna əminlik yaransın. İvanişvili hökuməti hesab edir ki, artıq anti-Rusiya ritorikasından imtina etməyin vaxtıdır. Amma Gürcüstanın NATO-ya yaxınlaşması, Avropa Birliyinin iştirakı ilə Rusiya ilə siyasi dialoqun bərpası, Abxaziya və Cənubi Osetiya ilə iqtisadi əlaqələrin planlaşdırılması, Gürcüstanın Avropaya inteqrasiyası və s. məsələlərlə bağlı dəyişikliklər də baş verməyib. Putin ötən ay Rusiyanın Xarici Siyasət Konsepsiyasını təsdiq edərkən, Gürcüstanila münasibətlərin normallaşdırılmasının lazım olduğunu vurğulayıb. Amma fundamental prinsipləri dəyişməyib».
Sual yaranır ki, bu halda hansı məsələləri danışıqların gündəliyinə salmaq lazımdır? Yelena Sindeyeva hesab edir ki, ikitərəfli münasibətlərin normallaşması çox incə və prinsipial məsələlərin həllindən asılıdır. Bura Abxaziya və Cənubi Osetiyanın statusu, Rusiyanın regionla bağlı gələcək siyasəti, Gürcüstanın NATO-ya daxil olması və s. kimi məsələlər daxildir.

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənubi Qafqazda təhlükəsizliyi necə təmin etməli?

    Cənubi Qafqazda təhlükəsizliyi necə təmin etməli? ...

    21-05-2014, 10:34

  • 
  • “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüş baş tutmalıdır”

    “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ...

    11-11-2013, 11:29

  • 
  • Amerikalı ekspertlər İran-Azərbaycan münasibətləri barədə

    Amerikalı ekspertlər İran-Azərbaycan ...

    7-12-2012, 11:14

  • 
  • “Rusiya Azərbaycan diplomatiyasının uğurlarını tam dəyərləndirmir”

    “Rusiya Azərbaycan diplomatiyasının uğurlarını ...

    2-09-2013, 13:21

  • 
  • “ABŞ Qarabağ, Moldova və digər məsələlərin həllini Rusiyaya tapşıra bilər”

    “ABŞ Qarabağ, Moldova və digər məsələlərin ...

    8-04-2013, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu