Prezidentliyə sabiq namizəd Andrias Qukasyan da saxlanaraq polis məntəqəsinə aparılıb
Ermənistan paytaxtında müxalifət tərəfdarlarının keçirdiyi aksiya başa çatıb. Polis çoxlu sayda aksiya iştirakçısını həbs edib. Prezident iqamətgahı qarşısında baş verən toqquşmalarda yaralananların olduğu bildirilir. Xəsarət alanlar arasında Raffi Ovannisyanın müavini Armen Martirosyan və deputat Zarui Postandjyan da var. Prezidentliyə sabiq namizəd, “Radio Hay” radiosunun direktoru Andrias Qukasyan da saxlanaraq polis məntəqəsinə aparılıb. Bir neçə saat orada saxlanan Qukasyan sonra sərbəst buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?