Rusiyanın Nijni Novqorod vilayətində 2 ildir ticarətlə məşğul olan Türkiyə vətəndaşı Əziz Şənel Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, Şənelin saxlanılmasına səbəb kimi FSB əməkdaşlarının "dur" əmrinə tabe olmaması göstərilib.
Əziz Şənel polisdə ifadəsi zamanı FSB əməkdaşlarını quldurlarla səhv saldığını və buna görə əmrə tabe olmadığını bildirib. Artıq onun barəsində heç bir sübut olmadan 7 il həbs cəzası verilib. Şənelin vəkili qərarla bağlı apellyasiya şikayəti verib və növbəti məhkəmə mayın 17-də baş tutacaq.
Onun xanımı Anastasiya Şənel isə məsələ ilə bağlı Türkiyə hökumətindən yardım istəyib:
"Şahidləri təhdid ediblər. 7 yaşındakı oğlum və mən əlacsız qalmışıq. Kömək üçün Türkiyə hökumətinə müraciət etmişəm".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?