Türkiyə bu ilin aprelində İstanbulda saxlanılan cinayətkar qruplaşmanın lideri Valid Luraxmayevin istintaq işinə dair Rusiya ilə əməkdaşlıqdan imtina edib.
Axar.az “Rosbalt”a istinadən xəbər verir ki, Türkiyə əvvəlcə İstanbulda saxlanılan şəxslərin müəyyən edilməsi üçün Rusiyanın sorğusunu rədd edib, daha sonra isə əməkdaşlığa yox deyib.
Luraxmayev “Saratovstroystekla” şirkətinin sahibi Mixail Laninin öldürülməsində əsas fiqurlardan biri hesab edilir. Müstəntiqlərin məlumatına görə, qətlin sifarişçisi Əhməd Həmidov, təşkilatçısı isə Luraxmayev olub. Həmidov qətl üçün Luraxmayevə və iki çeçenə 200 milyon rubl vəd edib.
Mixail Lanin 2011-ci ilin martında Fransada öldürülüb.
Qeyd edək ki, Luraxmayev 2016-cı ilin aprelində İstanbulda Aleksandr Smirnov adına olan pasportla tutulub və Rusiyaya agent kimi işləməkdə, o cümlədən, çeçen Əbdülvahid Edelqireyevin öldürülməsində ittiham olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?