Bir neçə saat öncə, xəbər verdiyimiz kimi, 4 əsgər TRT-nin binasına soxularaq telekanalı ələ keçirmiş, sonra da Türkiyə Ordusunun xalqa "müraciəti"ni aparıcıya oxutmuşdu.
Az öncə telekanal hərbçilərdən azad olunub.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, həmin bildirişi oxuyan teleaparıcı 3-4 saat müddətində kabus dolu anlar yaşadıqlarını deyib:
"3, 4 saat boyunca burada kabus dolu saatlar yaşadıq. Karyeramın ən çətin yayımı idi. Silahlı adamlar studiyada bizi girov götürdülər. Qollarımızı arxadan bağladılar, təhdid etdilər. Hər hərəkətimizi izlədilər. Silahla təhdid edib mətni mənə oxutdular. Bu çevrilişi Türkiyə Silahlı Qüvvələri adından gerçəkləşdirdiklərini, bizə zərər verməyəcəklərini, millətin xeyri üçün etdiklərni dedilər. Çox şükür, başımıza bir şey gəlmədi. O dəqiqələri bir daha xatırlamaq istəmirik".
Sorğu
Yeni dizaynımız necədir?