GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qiyam planı Ərdoğan tərəfindən hazırlanıb... - Sensasion təfərrüat

Qiyam planı Ərdoğan tərəfindən hazırlanıb... - Sensasion təfərrüat

Tarix: 18-07-2016, 22:39 Bölmə :Dünya Baxış: 634
Qiyam planı Ərdoğan tərəfindən hazırlanıb... - Sensasion təfərrüat

Bir müddət polis orqanlarında işləyən, sonra qələmə sarılıb özünü ölkəsinin dərdini dilə gətirməyə həsr edən məşhur Türkiyəli yazar Emre Uslu iki gün öncə qardaş ölkədə baş vermiş hərbi qiyam barədə maraqlı mülahizələr irəli sürüb. Yazarın analizlərindən belə anlaşılır ki, baş verənlər qiyamdan daha çox, türk hərbçilərinə qurulmuş tələdir.


Emre Usluya görə, tələnin bir neçə məqsədi ola bilər: Mümkündür ki, Avrasiyaçı hərbçilər NATO-çu həmkarlarından “Ergenekon əməliyyatı”nın qisasını alırlar. Yaxud o da mümkündür ki, 2010-cü ildə Norveçin Oslo şəhərində Türkiyə MİT-iylə PKK arasındakı bağlanmış sazişin tələbləri həyata keçirilir.


Müəllifin fikrincə, həmin sazişdə Türkiyənin cənub-şərqində əməliyyatlar keçirən hərbçilərin müharibə suçlusu kimi mühakiməsi nəzərdə tutulubmuş. Türkiyə hökuməti bu öhdəliyini başqa cür həyata keçirə bilmədiyinə görə, saxta bir çevrilişə ehtiyac duyurmuş.


Yazarın “Qələmi asıram… Xoşca qalın” sərlövhəli məqaləsində başqa maraqlı iddia və mülahizələr də irəli sürülüb. Maraqlı olduğunu nəzərə alıb, məqaləni kiçik ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:


“…Tam Ərdoğan diktatorluğu beynəlxalq sahədə yalnızlaşdığı, İŞİD və rüşvət iddiaları ilə beynəlxalq məhkəmələrə düşdüyü, korrupsioner nazirlər və ətrafları dünyanı dolaşa bilməz olduğu, yalnızlığını aradan qaldırmaq üçün Putin Rusiyasından İsrailə qədər bir çox ölkələr qarşısında dünən dediklərini bu gün yeməyə başladığı, müxalifət mənəvi üstünlüyü ələ keçirdiyi, antidemokratik AKP iqtidarını əxlaq və mənəvi baxımından küncə sıxışdırdığı bir vaxtda bu cür axmaq qiyama qalxan alçaq asilər, hər şeydən əvvəl, bizim legitim mübarizəmizə zərbə vurdular. Bu çevriliş cəhdindən sonra, təəssüf ki, legitim MÜBARİZƏ bitdi. Bundan sonra AKP ilə mübarizə aparan kim varsa, qiyamçılara dəstək verməkdə günahlandırılacaq və ya bu mövqeyə gətiriləcək.


Bir tərəfdən xeyli səmimi, fədakarcasına aparılan bir mübarizə və bu mübarizəyə axmaq və vəhşicəsinə zərbə vuran qiyamçılar, o biri tərəfdən əmr qulu Məhmətciyi BOĞAZ körpüsündə BOĞAZLAYAN İŞİD başlı qatillər! Bu millətə, bu sistemə kim nə izah edə, hansı legitim mübarizə apara bilər?!


“Gülən camaatı”ndan kiminlə danışsam, çox çaşmış, çox hirsli, çox kədərli görürəm. Tam beynəlxalq sahədə günahsız və məzlum bir quruluş kimi özünü təsdiqləmişkən, vəhşicəsinə çevriliş cəhdi ən çox camaat çevrəsinə zərər vurmaq üçün həyata keçirildi. “Bu zərbə Ərdoğana deyil, camaata vuruldu” deyirlər və haqlıdırlar.


Qiyamın üzərindən 24 saat keçmədən 3000-dən çox yüksəkrütbəli hərbçi – ki, əksəriyyəti zabit idi, – həbs olundu. Bu fakt hökumətin qiyam cəhdindən və ya belə bir “təmizlik” planından əvvəlcədən xəbərdar olduğunu göstərir. Bəkir Bozdağın açıqlamasına görə, məhbus sayı 6000-i keçəcək kimi görünür.


Ordunun içində bu qədər çox nurçu zabitin olduğuna kimsə inanmır. Mən də inanmıram. Nurçuların ağırlıqda olduğu polis sistemində belə, “təmizlənən” rütbəli kadrların sayı 2000-i keçməmişdi. Polis orqanlarındakı nurçu rütbəlilərin 2000 adam olmadığını düşünsək, bu qədər çox zabitin camaatçi olduğuna inanmaram, mümkün deyil.


Dünyanın heç bir yerində bu qədər böyük xuntaçı olmaz. Xuntalar, 60-cı illərin qiyamından çox yaxşı bildiyimiz kimi, dar dairədə, çox kiçik zabitlər qrupundan ibarət olurlar.


Bu qiyam cəhdində bu qədər çox sayda zabit iştirak etmişsə, deməli, o, yuxarıdan aşağıya, ən yüksək rəhbərliyin belə, məlumatı və razılığı olmadan yarana bilməz.


Anladığım qədər, bu qiyam planı ordu komandirləri daxil, bütün hərbi rəhbərliyin məlumatı və razılığı daxilində təşkil edildi. Ancaq son anda, bəlkə, kəşfiyyat məlumatı nəticəsində rəhbərlikdəki bəzi zabitlər qiyam cəhdindən imtina etdilər. Ya da zabitlər öz köməkçilərini bilərək satdı, onları tələyə saldılar. Qiyamçılar onsuz da yola çıxıb, hərəkata başladıqları, ortada Whatsapp yazışmaları daxil, bir çox dəlillərin olduğu və cinayətləri gizlətmələri imkansız hala gəldiyi üçün komandirlərin onları satmalarına baxmayaraq, bu cür axmaq və naşı bir işə girişdilər.


Bəlkə də asilər elə buna görə, son anda onları satan komandirlərini girov götürərək, qiyama başladılar.


Məhz bu nöqtədə mən çevriliş edənlərin şəxsən öz komandirləri tərəfindən tələyə salındığını düşünürəm. Məhkəmə prosesində ordu komandirləri, hətta Baş Qərargah rəisinin də qiyamdan məlumatlı olduğu və buna razılıq verdiyi ortaya çıxarsa, heç təəccüblənmərəm.


MİT-in bu qədər böyük qrupun, həm də Whatsappla yazışaraq qiyam təşkil edən bir xuntanın varlığından xəbərdar olmaması mümkün deyil! MİT-i demirəm, dünyanın ən bərbad kəşfiyyat təşkilatı belə, bu qədər böyük bir qruplaşmadan mütləq xəbərdar olardı. O halda niyə müdaxilə edib, ölümlərin qarşısını almaq istəmədilər?


Aydındır ki, qiyam planı çox yüksək dairələrdə hazırlandı, sonra komandirləri arxalarından çəkilincə, əsgərlər kəklik kimi ovlandılar və ordudakı NATO-çu olaraq bilinən Qərb tərəfdarları “təmizləndi”. AVRASİYAÇI olaraq bilinənERGENEKONÇU zabitlər digərlərini bir hərəkətlə ortadan götürdülər.


Qiyamın bitməsinə baxmayaraq, hökumətin “Təhlükə hələ keçmədi” deyə insanları küçədə tutmasının səbəbi ordu içindəki bu yarılmadan qaynaqlana bilərdi.


Və ən əhəmiyyətli şübhə: Bu qiyam tələsi Osloda verilən sözlərin yerinə yetirilməsi üçün qurulmuşdu. Xatırlayırsınızsa, Oslo razılaşmasından xəbərdar olan bir qaynağıma istinadən, 2013-ci ildə bir məlumat paylaşmışdıq: PKK və vasitəçisi İngiltərə ilə əldə olunan bir anlaşmaya görə, bölgədə döyüşən əsgərlər savaş suçlusu olaraq mühakimə olunacaqlar!


Qiyam cəhdindən sonra istər cənub-şərqdə döyüşən əsgərlərin, istərsə də onların komandiri 2-ci Ordu komandanının həbsə atılması mənə Osloda VERİLƏN SÖZÜxatırlatdı.


Cənub-şərqdə döyüşən əsgərlərin başqa cür mühakiməsi mümkün olmadığına görə, qiyam tələsinə çəkilərək, Osloda verilən sözmü yerinə yetirilir?


Əgər yaxın zamanlarda PKK ilə həll prosesinə yenidən qayıdılarsa, qəti qənaətə gələcəyəm ki, bu qiyam cəhdi Osloda verilən sözlərin yerinə yetirilməsinə görə qurulmuş bir hiylədir. Sadəlövh qiyamçılar da bu tələyə düşüb kəklik kimi ovlandılar. İndi onlar qiyamçı kimi mühakimə olunurlar, ömür boyu həbslərdə çürüyəcəklər, amma əsl səbəb Osloda verilən sözlər olacaq.


Müxalifət bunu anlayanda, ölkədə padşahlıq elan edilmiş olacaq. Onsuz da ortada adam kimi müxalifət olsa nə qiyam olardı, nə də Ərdoğan indiki qədər rahat ölkəni xaosa sürükləyərdi”.


Hazırladı: Heydər Oğuz (Strateq.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu