İŞİD Fransanın Normandiya şəhərində ötən gün kilsəyə hücum edərək 85 yaşlı rahib Jacques Hammelin boğazını kəsən iki təcavüzkarın videosunu yayımlayıb.
ŞİD-in təbliğat üçün istifadə xəbər agentliyi "Amaq"da paylaşılan videogörüntülərdə Əbu Ömər və Əbu Cəlil əl Hanfai adlı iki nəfər ərəbcə danışır.
Onlar İŞİD lideri Əbu Bəkir əl Bağdadiyə bağlı olduqlarını etiraf edirlər. Birinin yanında isə İŞİD bayrağı olan kiçik çərçivə var.
İkinci təcavüzkarın şəxsiyyəti də rəsmiləşib
Təcavüzkarlardan birinin 19 yaşlı Adil Kermiçe olduğu məlum olub. O, 2 dəfə Suriyaya getməyə çalışsa da, Türkiyədən deportasiya edilib. Fransalı rəsmilər bu gün ikinci təcavüzkarın şəxsiyyəti haqqında da rəsmi açıqlama verib. O, 19 yaşlı Əbdül Malik Petitjeandır. Bir müddət Suriyaya getməyə çalışıb, lakin heç bir cinayətdə adı hallanmayıb.
Özünü ölülüyə vurub
Digər tərəfdən, 86 yaşındakı Jeanine adlı bir şəxs "RMC" radiosuna verdiyi açıqlamada, təcavüzkarların girov götürdüyü ərinin həmin görüntülərini çəkdiyini, ən az 3 dəfə bıçaqlandığını və ölü təqlidi ilə xilas olduğunu bildirib.(admiral.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?