Bir vaxtlar Fətullah Gülənin çox yaxınında yer alan Əhməd Keleş "Habertürk TV"də sensaion açıqlamalar verib.
Ə.Keleş FETÖ-də baş verən iyrənc hərəkətləri bütün detalları ilə açıqlayıb.
Keleş Fətullah Gülənlə Türkiyədə qatıldığı bir nahar zamanı təşkilat üzvünün Gülənin ağzını sildiyi salfeti yediyini belə deyib: “Gülənlə eyni süfrədə əyləşmək təşkilat üzvləri üçün çox böyük hadisədir. Qonaqlardan biri Gülənin ağzını sildiyi salfeti aldı və bir hissəsini qoparıb, yedi. Buna özüm şahidəm. Gülənin ağzını sildiyi salfetlə dəfn olunmaq istəyən insanlar var".
Fətullah Gülənin, "İstəsəm, əlimə götürdüyüm kağızı pula, toxunduğum torpağı qızıla çevirərəm", dediyini söyləyən Keleş əlavə edib ki, Gülənin kəsilən dırnaqları və saçları qorunub saxlanılırdı.
Keleş deyib ki, Gülənin alt paltarları da qorunurdu. FETÖ-dan kənarda olan hər kəsin düşmən sayıldığını deyən Keleş Gülənin əlini öpməyin bir mərasim və xüsusi məqam olduğunu da söyləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?