ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların namizədi Hillari Klintonun vəziyyətinin pisləşməsindən sonra məsələ ilə bağlı bir-birindən maraqlı iddialar ortaya çıxmağa davam edir.
gundemxeber.az xəbər verir ki, Klintonla bağlı ən qəribə iddialardan biri də onun Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ-da prezidentliyi namizəd olan Donald Tramp tərəfindən zəhərlənməsi iddiasıdır.
Xatırladaq ki, Hillari Klinton 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı keçirilən tədbirdə huşunu itirərək yıxılmış və daha sonra dərhal xəstəxanaya yerləşdirilmişdi.
Klintonun zəhərlənməsi ilə bağlı sosial şəbəkələrdə söz-söhbətlər gəzsə də bu söz-söhbətə məşhur tibbi ekspertiza həkiminin dedikləri damğasını vurub.
Amerika futbol komandası “Pittsburgh Steelers”in oyunçularının ölümlərindən sonra onların ölüm səbəbinin yarış zamanı başlarından aldıqları zərbə olduğunu sübuta yetirməklə şöhrət qazanan tibbi ekspertiza həkimi Bennet Omalu Klintonun zəhərlənib zəhərlənmədiyini bilmək üçün qan analizi edilməsini təklif edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?