GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Donald Trump şok qələbəni necə qazandı?

Donald Trump şok qələbəni necə qazandı?

Tarix: 14-11-2016, 17:58 Bölmə :Dünya Baxış: 484
Donald Trump şok qələbəni necə qazandı?

"Bu o demək deyil ki, Hillary Clinton tərəfdarları boş oturublar. Bu o deməkdir ki, Trump tərəfdarları gözlənildiyindən daha fəal davranıblar.


Belə görünür ki, onlar səs verməyə ...daha motivasiyalı olublar", – Britaniyanın Birmingem Universitetinin ABŞ tarixi üzrə professoru Scott Lucas deyir.

DƏRİN SƏBƏBLƏR

Trump tərəfdarlarının bu dərəcədə fəallığı, əslində, bizi bu qələbənin daha dərin səbəblərinə aparır. Bu səbəblər Amerikada siyasi isteblişmentdən narazılığın geniş yayılması və insanların dəyişiklik istəməsidir.
Amerikada seçki günü açıqlanmış Reuters/Ipsos sorğusunun nəticələrinə görə, seçicilərin 72%-i hesab edir ki, "ənənəvi partiyalar və siyasətçilər mənim kimi insanları düşünmürlər". Respondentlərin 57%-i isə düşünür ki, "Amerikanın ölkəni zəngin və güclülərin əlindən geri ala biləcək güclü liderə ehtiyacı var".
Trump həmin bu əhval-ruhiyyədən yararlana bildi. O, öz seçki kampaniyasını "Amerikanı yenidən güclü edək!" şüarı üzərində quraraq özünü siyasi təcrübəsi olmayan, dəyişikliyi gətirməyə qadir kənar şəxs kimi qələmə verməyi bacardı. Keçmiş senator, dövlət katibi və birinci ledi olmuş Clinton-la yanaşı qoyulanda, bu, xüsusilə nəzərə çarpır.

Donald Trump şok qələbəni necə qazandı?

FAİZ FƏRQLƏRİ

"Özəlliklə də "Pas qurşağı" adlandırılan ştatlarda (İllinoy, İndiana, Miçiqan, Ohayo və Pensilvaniya) "Amerikanı yenidən böyük edək!" şüarı ağdərili seçicilərin ürəyindən xəbər verirdi. Onlar hesab edirdilər ki, istehsalyönlü iş yerləri yoxa çıxıb və onların yerinə yeniləri yaranmayıb. Clinton eyni qaydada dəyişiklik təklif edə bilməzdi, çünki o, siyasətin içində idi, 30 ilə qədər müxtəlif hökumət vəzifələrində çalışmış adam idi", – Britaniyanın Northumbria Universitetinin ABŞ tarixi üzrə professoru Michael Cullinane deyir.
Seçki günü açıqlanmış Reuters/Ipsos sorğusu ali təhsili olmayan ağ kişilər arasında Trump-ın Clinton-dan 31 xal daha çox dəstəyə malik olduğunu göstərdi. Ağdərili qadınlar arasında bu fərq 27 xal idi.
Bunun əksinə olaraq, qadın seçicilər arasında Clinton Trump-dan 2 faiz irəlidə idi. O, azlıqlar arasında da Trump-dan daha yaxşı nəticə göstərmişdi. Afrikalı amerikalıların 89%-i, Latın amerikalıların 66%-i, Asiya amerikalılarınınsa 65%-i Clinton-u dəstəkləyirdi.

Donald Trump şok qələbəni necə qazandı?

MƏŞHUR ADAM STATUSU

Trump tərəfdarları sistemdən kənar adamın prezident olmasını istəyirdilər. Trump da, özünün Nyu Yorkda daşınmaz əmlak maqnatı olmasına baxmayaraq, onları kənar adam olmasına inandırdı. O, siyasətçiləri yalançı və qeyri-səmimi adlandıraraq özünü onlardan fərqli göstərməyi bacardı.
Üstəlik, o, media ilə açıq-aşkar dava etməklə özünün "kənar adam" statusunu bir qədər də qabartmış oldu. O, medianı "yalançı mətbuat” adlandırırdı və bunu çox zaman insanlarla birbaşa ünsiyyətdə, "Twitter" də edirdi.
Eyni zamanda, o, seçicilərə göstərməyə çalışdı ki, iş adamı olaraq, prezidentliyə siyasi təcrübəsi olan namizədlərdən daha hazırdır. O, davamlı olaraq, Clinton-un da dövlət katibi kimi çalışdığı Obama administrasiyasını Çinlə uğursuz ticarət sövdələşmələrinə getməkdə ittiham etdi və Amerika üçün daha yaxşı şərtlər əldə edəcəyinə söz verdi.
Bütün bunlardan əlavə, Trump-ın daha bir statusu var idi: televiziyada tez-tez görünən məşhur adam statusu.

Donald Trump şok qələbəni necə qazandı?

VƏDLƏR

Xalq Clinton-u rəsmi vəzifələrinə görə tanıyırdı. Trump-sa "The Apprentice" adlı realiti şousunun aparıcısı kimi tanınmışdı. 2003-cü ildə başlamış bu şou 14 mövsüm davam etdi. Burada gənc iş adamları Trump-ın daşınmaz əmlak şirkətində çalışmaq şansı qazanmaq uğrunda yarışırdılar. Trump-ın şouda uduzanlara cavabı belə idi: "Sən qovuldun!" Bu ifadə gündəlik həyatda insanların dilinə düşdü və Trump-ı işi sona qədər görən qətiyyətli biznesmen kimi tanıtdı.
Seçkilər sona çatdı. İndi Trump-ı gözləyən əsas sınaq onun seçki kampaniyası dövründə verdiyi vədlərə əməl etməsidir.
Onun ən ziddiyyətli vədləri arasında qanunsuz mühacirlərin ABŞ-a daxil olmasını önləməkdən ötrü Meksika ilə sərhəddə divar tikmək, üstəlik, divarın pulunu Meksikaya ödətmək də var. Bundan başqa, o, bəzi mövcud beynəlxalq ticarət sazişlərinə yenidən baxılacağına, iş yerlərini xaricə köçürən ABŞ şirkətlərinin cəzalandırılacağına söz verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obama Trump-ı tənqid edir

    Obama Trump-ı tənqid edir ...

    15-06-2016, 21:03

  • 
  • Trump müsəlmanlara qarşı mövqeyini yumşaldacaq

    Trump müsəlmanlara qarşı mövqeyini yumşaldacaq ...

    27-05-2016, 01:00

  • 
  • Hillary Clinton-a qalib gəldi

    Hillary Clinton-a qalib gəldi ...

    10-03-2016, 00:13

  • 
  • NATO Trump-a sərt xəbərdarlıq etdi

    NATO Trump-a sərt xəbərdarlıq etdi ...

    14-11-2016, 17:51

  • 
  • London meri Trumpun dəvətini rədd edib

    London meri Trumpun dəvətini rədd edib ...

    11-05-2016, 18:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu