Xəbər verdiyimiz kimi son günlər səhhətində ciddi problemlər yaşanan tanınmış jurnalist Nicat Dağların müalicəsini prezident İlham Əliyev üzərinə götürüb. Bu xəbər hazırda sosial şəbəkələrdə ən çox müzakirələrə olunan mövzudur. Dövlət başçısının hadisəyə operativ reaksiyası rəğbətlə qarşılanıb.
Hazırda Gürcüstanda həkim nəzarətində olan və vəziyyəti ağır olduğu deyilən jurnalist özü də məsələyə münasibət bildirb. O, “Qafqazinfo”ya açıqlamasında göz yaşları içində bu sözləri deyib: “Dövlət başçısına təşəkürümü ifadə etmək üçün söz tapa bilmirəm. Azərbaycanın bütün jurnalistlərinin və mənə qayğı göstərən deputatların qarşısında baş əyirəm. Danışa bilmirəm, yoxsa çox söz deyərdim. Artıq bizimlə əlaqə saxlayıblar və lazım olan hər şeyi edəcəklərinə söz veriblər. Hamıya sonsuz minnətdarlığımı çatdırın”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?