Hələbdə Rusiya xəstəxanasına edilən hücumla bağlı beynəlxalq qurumların səssiz qalmasını əsla qəbul etməyəcəyik. Bu sözləri Rusiya lideri Vladimir Putin deyib. “Hücum bilərəkdən həyata keçirilib. Xəstəxananın harada olduğunu bilirdilər. Beynəlxalq qurumların mövqeyi qəbuledilməzdir. Rusiya bunu əsla qəbul etməyəcək. Həkimlərimiz atışmaq üçün deyil, vəzifələrini yerinə yetirmək üçün oraya getdilər. Lakin bu hücumla bağlı heç bir beynəlxalq qurumdan açıqlama eşitmədik. Təəssüf ki, bu durum bizi düşünməyə vadar edir”, - Putin bildirib. Qeyd edək ki, dekabrın 5-də Rusiyanın Hələbdəki xəstəxanasına müxalif qüvvələr tərəfindən təşkil edilən hücum nəticəsində 2 rus həkim həlak olmuş, biri isə yaralanmışdı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?