Qətərin “Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, dünən İŞİD terrorçularından ibarət 4000 nəfərlik qoşun Suriyanın Palmira şəhərini bütünlükdə öz nəzarəti altına alıb. “RİA Novosti” agentliyi xəbər verir ki, hökumət qoşunları şəhərdən geri çəkilməyə məcbur olub. Hələlik məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Daha sonra gələn məlumatda o da bildirilir ki, Suriya ordusu Rusiya Hərbi-Kosmik Qüvvələrinin fəal dəstəyi ilə gecə ərzində terrorçuların Palmira şəhərinə bütün hücumlarının qarşısını alıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunur ki, Rusiya hərbi təyyarələri gecə boyu yaraqlıların mövqelərinə, karvanlarına və anbarlarına 64 hava zərbəsi endirib. Nəticədə 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib
Sorğu
Yeni dizaynımız necədir?