Avstraliyada milliyətcə ingilis gənc internetdə 100-dən çox qadını şəkil və videolarını çəkib “facebook”dakı səhifəsinə yerləşdirən kişi saxlanılıb. Adı açıqlanmayan şəxs iyrənc əməlini gizlin həyata keçirib. Onun telefonunda 100-dən çox video aşkar edilib. Araşdırmalar nəticəsində gəncin mağazaya paltar almağa gələn əksər qadınları soyunub-dəyişmə otağında gizlincə lentə aldığı ortaya çıxıb. Oğlan ölkədə işçi vizası ilə yaşayır. Gənc oğlan mağazaya gələn müştərini telefonla lentə alarkən digər müştəri tərəfində polisə şikayət edilib. Müxtəlif şikayətlər əsasında 28 yaşlı gənc Queensland əyalətinin Sunşine Coast şəhərində sahibi olduğu mağazada saxlanılıb. Onun əməli ortaya çıxdıqdan sonra 54 nəfər xanım ayrı-ayrılıqda məhkəməyə müraciət edib. Artıq görüntülənən 49 qadının kimliyi müəyyən edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?