Rostov-Don şəhərində 45 uşaqda enteroviruslu meningit təsbit edilib. Xəstəxanada olan 75 nəfərin vəziyyəti stabildir. Bu barədə RF Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Salaqay bildirib.
Rostov-Don şəhərindəki «Teremok» uşaq bağçasından bir uşaq iyunun 2-də «kəskin irinli meninqoensefalit» diaqnozu ilə xəstəxanaya aparılmışdı. İki gün sonra uşaq keçinmişdi. Sonra isə həmin bağçadan digər uşaqlar da xəstəxanaya gətiriliblər. Həkimlər deyirdilər ki, 38 uşaqda meningit təsbit olunub.
«Cəmi stasionar müalicədə 75 uşaq var. Hamısının vəziyyəti stabildir. 45-ində enteroviruslu meningitdir. Bir sütka ərzində 8 uşağı evə yazmışıq. Xəstəlik yayılmağa başlayandan sonra isə 39 uşağı evə göndərmişik. İyunun ikisindən 159 nəfər oxşar simptomlarla müraciət edib», - Salaqay bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?